Sığorta şirkətinin nümayəndəsindən aqrar sığorta haqda təklif
“Atəşgah” Sığorta Şirkəti Gəncə filialının direktor müavini Orxan Qurbanov “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda Respublika elmi-praktiki konfransında iştirak edib.
Şığorta şirkətindən "Marja"ya daxil olmuş məlumata görə, o, konfransda çıxış edərək dünyada kənd təsərrüfatı sahəsində ənənəvi sığorta növündən əlavə, qeyri-ənənəvi - indeksli sığortanın getdikcə daha çox əhəmiyyət qazandığını bildirib.
Qurbanovun sözlərinə görə, indeksli sığorta modeli, əkin sahələrinə dəyən ziyan üzrə sığorta ödənişinin bəzi indekslərin razılaşdırılmış həddi-müəyyən bir parametr göstəricisini aşdığı təqdirdə həyata keçirilir.
"Belə bir parametr göstəricisi müəyyən bir dövr üçün yağıntının miqdarı və ya temperatur həddi ola bilər. Ənənəvi kənd təsərrüfatı sığorta modelindən fərqli olaraq indeksli sığorta üzrə administrativ xərclər nisbətən az olur. Bu cür modelin Azərbaycanda tətbiqi məqsədə uyğun olardı. Artıq inkişaf etməkdə olan bir çox ölkələr fərdi və 20-yə yaxın institusional səviyyədə indeks sığortası proqramlarını təqdim etmişlər və bu təcrübədən kifayət qədər yeni biliklər eldə etmək olar" - deyə o, qeyd edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə “Aqrar sığortanın inkişaf etdirilməsi” prioritetinin reallaşması məsələlərinin müzakirə olunması məqsədilə təşkil olunmuş konfransda aqrar iqtisadiyyatda müasir yeniliklər, kənd təsərrüfatında risk və qeyri-müəyyənliyin idarə olunması, aqrar sığortada hidrometroloji proqnozlar, sığorta statistikası və digər mövzuların əhatə olunduğu məruzələr dinlənilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)






