Azərbaycan ixrac gömrük rüsumlarını artırdı - QƏRAR
Azərbaycandan ixrac edilən soğan və kələmin hər kiloqramına 2 dollar, kartofun hər kiloqramına isə 1 dollar rüsum alınacaq.
Azərbaycan kartof, soğan və kələn ixracına gömrük rüsumlarını artırdı. Məqsəd ölkə daxilində istehsal edilən bu məhsulların ixracını məhdudlaşdırmaq və qiymətləri aşağı salmaqdır.
“Marja” xəbər verir ki, Baş nazir “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, kartof, soğan və kələm üzrə ixrac gömrük rüsumları artırılıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Belə ki, 1 kq təzə və ya soyudulmuş, nişasta istehsalı üçün kartofun ixrac rüsumu 30.04.2019-cu il tarixinədək 1 kq üçün 1,0 ABŞ dolları müəyyən edilib.
Soğan üçün isə 31.05.2019-cu il tarixinədək 1 kq üçün 2,0 ABŞ dolları ixrac gömrük rüsumi tətbiq ediləcəkdir.
Bundan əvvəl soğanın ixracı zamanı 15.12.2019-cu il tarixinədək rüsum “1 kq - 0,6 ABŞ dolları” müəyyən edilmişdi.
Ağbaş və qırmızıbaş kələm və digərləri üçün gömrük rüsumu da 31.05.2019-cu il tarixinədək 1 kq üçün 2,0 ABŞ dolları müəyyən edilib.
Qeyd edək ki, son günlər Azərbaycanda soğan və kələm kəskin bahalaşıb. Hökumət bu məhsullarının idxalını rüsumdan azad edərək, ixracına isə yüksək rüsum tətbiq edərək qiymətləri sabitləşdirməyə çalışır. Yanvar-Fevaral aylarında Azərbaycan soğanı Türkiyə, Yunanıstan və İtaliyaya daşınıb. Eyni zamanda, İran soğan və kartof ixracına qadağa qoyub.
QƏRAR № 150
Bakı şəhəri, 5 aprel 2019-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il
17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 4 nömrəli və 5 fevral tarixli 34 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 0701 10 000 1 alt yarımmövqeyinə aid sətrin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “0” rəqəmi “0 (30.04.2019-cu il tarixinədək 1 kq - 1,0 ABŞ dolları*) sözləri ilə və 0701 10 000 9, 0701 90 100 0, 0701 90 500 0, 0701 90 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “15 (30.04.2019-cu il tarixinədək 1 kq - 1,0 ABŞ dolları*) sözləri ilə əvəz edilsin;
1.2. 0703 10 190 0, 0703 10 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda (15.12.2019-cu il tarixinədək 1 kq - 0,6 ABŞ dolları) sözləri (31.05.2019-cu il tarixinədək 1 kq - 2,0 ABŞ dolları*) sözləri ilə və 0704 90 100 0, 0704 90 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “15 (31.05.2019-cu il tarixinədək 1 kq - 2,0 ABŞ dolları*) sözləri ilə əvəz edilsin.
1.3. “QRUP 07”nin cədvəlindən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:
“Qeyd.
Bu mal qrupuna daxil olan alt yarımmövqelərinin 4-cü sütununda qeyd edilmiş ulduz işarəsi ixrac gömrük rüsumlarının dərəcələrini göstərir.”.
2. Bu Qərarın 1.1-ci bəndi 2019-cu il aprelin 30-dək, 1.2-ci və 1.3-cü bəndləri 2019-cu il mayın 31-dək qüvvədədir.
Azərbaycan Respublikasının
Baş naziri Novruz Məmmədov
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
- 2 d. əvvəl
- 14 d. əvvəl
-
22 d. əvvəl
Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb
-
33 d. əvvəl
"Yeni depozit və yeni kredit faizlərində azalmalar qeydə alınıb"
-
44 d. əvvəl
Mərkəzi Bank: 2026-cı ilə inflyasiya proqnozu azaldılma istiqamətində dəyişdirilib
-
49 d. əvvəl
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı - SON DƏQİQƏ
-
50 d. əvvəl
Azərbaycanın xarici dövlət borcu 316,2 milyon dollar azalaraq 4 milyard 813,5 milyon dollara düşüb
- 56 d. əvvəl
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində Anlaşma Memorandumu imzalanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Ən çox xarici borcu olan dövlət qurumları
"Yeni depozit və yeni kredit faizlərində azalmalar qeydə alınıb"
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı - SON DƏQİQƏ
Azərbaycanın xarici dövlət borcu 316,2 milyon dollar azalaraq 4 milyard 813,5 milyon dollara düşüb
Ən çox oxunanlar
Ağdamda da "İrşad" mağazası istifadəyə verilib
Vüsal Qasımlıya müavin təyin edilib
İlham Əliyevin Paşinyan ilə görüşü keçirilir
Rəsmi məzənnələr açıqlandı
Bu gün Mərkəzi Bank faiz qərarını açıqlayacaq
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
Walmart-ın kapitallaşması 1 trilyon dolları keçib





















