Rusiyadan Azərbaycana təhlükəli alaq bitkisi keçirilirmiş
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti dekabrın 15-də karantin orqanizm aşkar edilmiş 10 tona yaxın qarğıdalını yandıraraq məhv edib.
Nazirlikdən "Marja"ya bildirilib ki, bir neçə gün əvvəl Dövlət Xidməti Rusiya Federasiyasından ölkəmizə idxal olunmuş 1050 ton ərzaqlıq qarğıdalıda yovşanyarpaqlı ambroziya aşkar edib. “S.A.N.İ Kəndli Fermer Təsərrüfatı” MMC-yə məxsus yükdən götürülmüş nümunələrin Dövlət Xidmətinin Karantin Ekspertiza Mərkəzinin müvafiq laboratoriyasında ekspertizası zamanı aşkarlanan alaq otu toxumunun karantin əhəmiyyətli olduğu müəyyən edilib və məhsulun ölkə daxilində satışına və istifadəsinə icazə verilməyib. Yük sahibinin diqqətinə çatdırılıb ki, karantin tədbirlər sisteminə riayət etmək şərtilə yük xüsusi aqreqatlar vasitəsilə təmizlənməli, ayrılmış çıxar isə alaq toxumları ilə birlikdə məhv edilməlidir. Tələb olunan fitosanitar tədbirlər həyata keçirildikdən sonra məhsul təkrar yoxlanılmalı və ambroziya aşkar edilmədikdə, istifadəsinə icazə verilməlidir.
Məhsul xüsusi aqreqatlar vasitəsilə təmizləndikdən sonra alınmış 10 tona yaxın ambroziya toxumları olan çıxar “S.A.N.İ. Kəndli Fermer Təsərrüfatı” MMC-nin Bərdə rayonunun Çələbilər kəndindəki ərazisində yandırılaraq məhv edilib.
Qeyd edək ki, yovşanyarpaqlı ambroziya təhlükəli alaq bitkisidir. İnkişaf etmiş yerüstü və kök sistemi sayəsində bu alaq otu torpağı çox qurudur və münbitliyi azaldır. Ambroziya qalıqları qarışmış yem ilə qidalanmış heyvanların südü və süd məhsulları acı dadlı olmaqla yanaşı, xoşagəlməz iy verir. Yovşanyarpaqlı ambroziya təhlükəli alaq otu olmaqla bərabər, həm də insan sağlamlığı üçün təhlükəlidir. Belə ki, çiçəklənmə dövründə havaya yayılan çoxsaylı tozcuqları insanlarda müəyyən allergik xəstəliklər – ambroziya polinozları əmələ gətirir. Bu insanlarda tənəffüs yolları və gözün selikli qişası şişir, tənəffüs çətinləşir, görmə və ümumilikdə, iş qabilliyəti zəifləyir. Bir müddət sonra allergik reaksiyalar bronxial astmaya çevrilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)











.jpg)





