"Rusiyanın iqtisadi inkişaf naziri tezliklə Bakıya səfər edəcək"
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün tezliklə Azərbaycana səfər edəcək. “Parlamentskaya qazeta”nın məlumatına görə, bu barədə Rusiya Federasiyasının Federasiya Şurasının sədri Valentina Matviyenko məlumat verib.
"Azərbaycanda ÜDM-nin artımını nəzərə alaraq, ölkə Rusiya ilə iqtisadi əlaqələri genişləndirmək üçün resurs tapa bilər", - deyə V.Matviyenko bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bildirib.
O qeyd edib ki, ötən il Rusiyadan Azərbaycana 770 mln. dollar köçürülüb: "Ölkəmiz əks istiqamətə doğru hərəkətdə də maraqlıdır - məsələn, Rusiyaya gəlməyə hazır olan turistlər hesabına", - deyə sədr qeyd edib.
Onun sözlərinə görə, 2,55 mlrd.dollarlıq ticarət dövriyyəsi iki ölkənin potensialına uyğun olan həcm deyil.
V.Matviyenko bildirib ki, iqtisadi inkişaf naziri M.Oreşkinin tezliklə Bakıya baş tutacaq səfəri zamanı bütün bu məsələlərin müzakirəsi nəzərdə tutulur.
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır


















