“Xalq Bank və Ulduzumla Dubaya səyahət qazan!” lotereyasının ilk tirajı keçirildi
(®) Aprel ayının 22-də “Xalq Bank və Ulduzumla Dubaya səyahət qazan!” lotereyasının ilk tirajı keçirildi. Birinci tiraj üzrə təsadüfi seçim vasitəsilə 22 qalib müəyyən olundu.
Uduş fondu “Qəbələ Karvansaray Oteli”nə 2 gün, 1 gecəlik 2 nəfərlik qonaqlama kuponundan, SAMSUNG J120 DS smartfonundan, Hugo Boss power bankından, CERRUTI kompüter çantasından, selfi çubuğundan, Sabina Parfumery&Cosmetics Mağazalar Şəbəkəsindən 50 AZN-lik hədiyyə kuponundan, “Nisa Beauty” gözəllik mərkəzindən 50 AZN-lik hədiyyə kuponundan, Azpetrol yanacaqdoldurma mərkəzindən 2 ədəd 30 litrlik elektron yanacaq talonundan, “Domino’s Pizza” restoranlar şəbəkəsindən 2 ədəd 30 AZN-lik hədiyyə kuponundan, “Burger King” restoranlar şəbəkəsindən 20 AZN-lik hədiyyə kuponundan və Cinema Plus kinoteatrına 10 ədəd 2 nəfərlik biletdən ibarət idi.
Xatırladaq ki, 15 mart tarixdən başlayan “Xalq Bank və Ulduzumla Dubaya səyahət qazan!” lotereyası Xalq Bankın bütün kart (öncədən ödənilmiş və korporativ kartlar xaric) sahiblərini əhatə edir və qeyri-nağd əməliyyatların artımını stimullaşdırmağa yönəlik aksiyadır. 15 mart tarixdən 15 iyunadək onlayn və POS-terminallar vasitəsilə keçirilmiş ödənişlərə görə (pul köçürmələri, elektron cüzdanlara mədaxil və kredit ödənişi üzrə əməliyyatlar istisna olmaqla) kart sahiblərinin mobil balansına Bakcell bonus dəqiqələri yüklənir. Dəqiqələr həyata keçirilmiş ödənişlər əsasında təqdim edilir – ödənişin hər 5 manatı müqabilində 1 dəqiqə hesablanır. Hər dəqiqə bir uduş şansına bərabərdir. Lotereyada çoxsaylı hədiyyələr və super mükafat - Dubaya səyahət kuponu oynanılır.
Aksiyanın şərtlərinə görə hər iştirakçı lotereyada cəmi bir dəfə mükafat qazana bilər. Əsas mükafat - Dubay şəhərinə səyahət paketinin (Bakı-Dubay-Bakı aviabileti, transfer, 4 gün 3 gecə hotel) sahibi əlavə keçiriləcək uduşda müəyyən ediləcək. Əsas mükafatın oynanıldığı uduşda üç ay ərzində aksiyaya qatılan bütün kart sahibləri iştirak edəcək.
Lotereyada iştirak üçün Xalq Bank ödəniş kartının sahibi, abonenti olduğu Bakcell nömrəsindən 5555 qısa nömrəsinə kartının son 6 rəqəmi və doğum tarixini (rrrrrr gg.aa.iiii) əks etdirən rəqəmi göndərməlidir. Lotereyada 18 yaşına çatmış şəxslər iştirak edə bilərlər.
Xalq Bankın ödəniş kartları, keçirdiyi kampaniya və aksiyalar haqqında daha ətraflı məlumatı 138 Məlumat Mərkəzindən və ya www.xalqbank.az saytından və ya www.bakcell əldə edə bilərsiniz.
Qeyd edək ki, Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti “Ulduzum” loyallıq proqramı vasitəsilə öz abunəçilərini eksklüziv endirimlər və imtiyazlarla təmin etməyə davam edir. Hər bir Bakcell müştərisi “Ulduzum”a qoşula bilər. Bunun üçün heç bir abunə haqqı tələb edilmir. Loyallıq proqramında iştirak etmək üçün “1” rəqəmini 5555 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir. Ulduzum barədə daha ətraflı məlumat www.ulduzum.az səhifəsində əldə oluna bilər.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
20 d. əvvəl
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
-
-
14 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
15 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
15 saat əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
Ən çox oxunanlar
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib






















