Azərbaycan ilə Avropa İttifaqı viza rejimini daha da sadələşdirməyə hazırlaşır
"Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında viza rejiminin liberallaşdırılması readmissiya və viza rejiminin sadələşdirilməsi barədə sazişlərin tam yerinə yetirilməsindən asılıdır".
Bunu Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib.
“Hələlik readmissiya və viza rejiminin sadələşdirilməsinə dair sazişlərlə bağlı işləri yerinə yetiririk. Yalnız bundan sonra əgər Aİ ölkələri lazım bilsə, viza rejiminin liberallaşdırılmasına dair danışıqlar başlanacaq. Ona görə də bu məsələyə dair danışıqların nə vaxt başlanacağı hələ də bəlli deyil”, – nazir müavini deyib.
Qeyd edək ki, readmissiya və viza rejiminə dair danışıqlar mütəmadi olaraq ildə bir dəfə keçirilir. Ötən il sentyabr ayının ortalarında keçirilən son danışıqlar zamanı irəliləyişə nail olunduğunu Aİ nümayəndələri viza liberallaşdırılması istiqamətində dialoqa başlamaq üçün mühüm hadisə olaraq dəyərləndiriblər.
Bundan əvvəl Xarici İşlər naziri Elmar Məmmədyarov viza rejiminin liberallaşdırılmasına dair Aİ ilə danışıqlara hazır olduqlarını bildirmişdi: “Vizasız səyahətlərin hər iki tərəfin vətəndaşlarına sərfəli olacağına, habelə Azərbaycanla Aİ arasında siyasi, sosial, mədəni əlaqələrin daha da genişlənməsinə, insanlar arasında daha çox ünsiyyətə gətirib çıxaracağına əminəm”.
Nazir Avropa İttifaqı tərəfindən Azərbaycanla viza rejiminin liberallaşdırılmasına dair dialoqu vaxtında başlamasının "Şərq Tərəfdaşlığı" Proqramının Brüssel sammitinin yekun bəyannaməsinə tam uyğun gəldiyini bildirib.
Xatırladaq ki, 2013-cü ilin 29 noyabr tarixində Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramı üzv ölkələrinin Vilnüs sammitində Azərbaycan ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanmışdı. 2014-cü il sentyabrın 1-dən qüvvəyə minən həmin sənəd Danimarka və Böyük Britaniyaya, habelə Şengen zonasına qoşulan İslandiya, Norveç, İsveçrə, Lichtenşteyn kimi ölkələrə şamil olunmur.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır


















