Azərbaycanın İSMA velosiped mağazaları fəaliyyətini dayandırdı - AÇIQLAMA
Azərbaycanın ilk milli velosiped brendi İSMA-nın mağazaları fəaliyyətini dayandırıb.
“Marja”ya verilən məlumata görə, Bakıda Heydər Əliyev prospektində və “20 Yanvar” metro stansiyası yaxınlığında yerləşən mağazalar bağlıdır. Eyni zamanda, isma.az saytının da işləməməsi də diqqəti cəlb edir.
Faktı İSMA brendinin daxil olduğu “Synergy Group”dan da təsdiq etdilər. “Synergy Group”un Marketinq direktoru Murad Mirzəyev “Marja”ya açıqlamasında bildirdi ki, İsmayıllı Velosiped Zavoduna məxsus mağaza fəaliyyətini dayandırıb. Hazırda İSMA velosipedlərinin satışı zavodun dilerləri vasitəsilə həyata keçirilir:
“20 Yanvar” metro stansiyası yaxınlığında yerləşən mağazamızın fəaliyyətini dayandırması ünvanın dəyişdirilməsi ilə bağlıdır. Yeni əlverişli yer müəyyən edildikdən sonra mağaza yeni ünvanda, yeni koseptdə fəaliyyətini bərpa edəcəkdir. Heydər Əliyev prospektindəki İSMA mağazası isə dilerə məxsus idi. Dilerin verdiyi məlumata görə, həmin ünvan satış üçün əlverişli olmadığından bağlamaq qərarı verib”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Murad Mirzəyev əlavə etdi ki, hazırda İSMA velosipedlərinin satışı ilə Bakı şəhərində “Maqnit” mağazalar şəbəkəsi, regionlarda isə dilerlər məşğul olurlar:
“Mağazanın anbarında olan velosipedlər “Maqnit” mağazalar şəbəkəsinə təhvil verilib. Bu da bizə imkan verir ki, yeni konsepsiya, satış planları və ünvanların seçilməsi barədə rahat düşünək”.
Murad Mirzəyev bildirdi ki, İsmayıllı Velosiped Zavodu (İSMA) fəaliyyətini dayandırmayıb. Zavodun isma.az saytının işləməməsi isə texniki problemdir, tezliklə sayt fəaliyyət gösətərəcəkdir.
Alıcılar İSMA velosipedlərinin qiymətlərinin yüksək olduğunu bildirirdilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























