Böyük dərman zavodu tikilir - 100-DƏN ÇOX İŞ YERİ AÇILACAQ
Hazırda Azərbaycanda dərman preparatları istehsal edəcək müasir əczaçılıq zavodlarının ən qısa müddətdə inşasına dair qarşıya qoyulmuş vəzifə uğurla icra olunur. Bu da öz növbəsində sözügedən sahədə idxalın qarşısını alacaq və ölkəmizdə də həmin məhsulların idxalı üçün sərf olunan valyuta ehtiyatlarının qənaət etməyə gətirib çıxaracaqdır. Hazırda ölkəmizdə istifadə edilən dərmanların 95%-dən çoxu xaricdən idxal olunur.
Məlumata görə, qarşıya qoyulmuş vəzifəyə uyğun olaraq, bərk formalı dərmanların istehsalı ilə məşğul olacaq “Scandens Pharmaceutical Industries” MMC əczaçılıq zavodunun tikintisi həyata keçirilir.
“Scandens Pharmaceutical Industries" MMC 90 adda 150 milyondan çox tablet və 40 milyon kapsul istehsal edəcək.
Zavodda Bosh, Uhlmann, Fette, Glatt, Flaktwood və s. kimi dünyada tanınmış liderlərinin ən müasir yüksək texnologiyalı avadanlıqlarından istifadə olunacaq.
“Scandens Pharmaceutical Industries” zavodunun işə düşməsi nəticəsində 100-dən çox yüksək ixtisaslı mütəxəssisin işlə təmin edilməsinə imkan yaradılacaqdır. Şirkət gələcəkdə Azərbaycan Dövlət Tibb Universiteti ilə sıx əməkdaşlıq edərək ölkənin əczaçılıq sənayesinin dirçəlişi üçün dərman istehsalı üzrə mütəxəssislərin hazırlanmasından ötrü baza yaradılmasını da planlaşdırır.
“Scandens Pharmaceutical Industries” zavodunda ölkə səhiyyəsi üçün anti-diabetik, tüberküloz, kardiologiya, analgetik, nevroloji və digər qrup dərman preparatlarının hazırlanması nəzərdə tutulub.
Zavod, həmçinin öz məhsullarını MDB və digər qonşu ölkələrin də əczaçılıq bazarlarına ixrac etməyi planlaşdırır. "Skandens Pharmaceutical Industries" MMC özünün inkişaf strategiyasına uyğun qiymət siyasəti nəticəsində daha ucuz, lakin keyfiyyətli məhsulların istehsal həcminin artırılmasını hədəfləyir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Hazırda dünya əczaçılıq nəhəngləri ilə bəzi dərman vasitələrinin “Skandens Pharmaceutical Industries” MMC-nin müəssisələrində birgə istehsalına dair danışıqlar da aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















