Arıçılara 910 min manat ödənilməsinə qərar verildi
Respublika Komissiyası 2018-ci ildə subsidiya ala bilməmiş arıçılara 910 min 460 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib.
Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyanın növbəti iclası keçirilib.
Kənd təsərrüfatı nazirinin müavini, Respublika Komissiyasının sədri İlham Quliyev bildirib ki, Nazirlər Kabinetinin “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası” nın qəbul edilməsinin 2018-ci ilin sonuna təsadüf etməsi və 2018-ci ilin əvvəlinə mövcud arı ailələrinin sayına dair statistik məlumatlardan xeyli artıq sayda aşkar edilməsi arıçıların bir qisminin 2018-ci ildə subsidiya ala bilməməsi ilə nəticələnib.
Arıçıların çoxsaylı müraciətləri nəzərə alınaraq onların hüquqlarının təmin edilməsi məqsədi ilə 2018-ci ilin 21 dekabr (2018-ci il üzrə müraciətlərin qeydə alınmasının son tarixi) tarixədək müraciətləri qeydə alınmış, ancaq ilin başa çatması səbəbindən subsidiya almamış arıçıların müraciətlərinə baxılıb. Komissiyanın iclasında ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri Bədrəddin Həsrətov, Şahin Cəfərov, Qadir Mustafayev, Elvin Bayramov və Sabir Mustafayev də iştirak ediblər.
İclasda bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 43 Dövlət Aqrar İnkişaf Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli 400 nömrəli qərarı ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın (bundan sonra – Qayda) 3 nömrəli əlavəsindəki cədvələ uyğun tərtib edilmiş icmal siyahıları və digər tələb olunan sənədlərlə birlikdə Respublika Komissiyasına təqdim edib.
Müraciətləri daxil olmuş 43 Dövlət Aqrar İnkişaf Mərkəzinin təqdim etdiyi sənədlərə Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçıları Assosiasiyasının nümayəndələrindən ibarət işçi qrupunda baxılıb və bu sənədlərə əsasən arıçılara subsidiyanın verilməsi məqsədəuyğun hesab edilib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Respublika Komissiyası 2018-ci ilin 21 dekabr (2018-ci il üzrə müraciətlərin qeydə alınmasının son tarixi) tarixədək müraciətləri qeydiyyata alınmış, ancaq arı ailələrinin(pətəklərin) identifikasiyanın təmin olunmaması və ilin başa çatması səbəbindən subsidiya almamış 43 Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılmış rayon(şəhər) şəhər komissiyasının əhatə etdiyi 842 inzibati ərazisi üzrə arıçılıqla məşğul olan 4507 fiziki və hüquqi şəxsə saxladıqları 91046 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat olmaqla cəmi 910460 (doqquz yüz on min dörd yüz altmış ) manat məbləğində subsidiya ödənilməsi barədə qərar qəbul edib. Qərar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və müraciətləri baxılmış Dövlət Aqrar İnkişaf Mərkəzinə göndərilib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 saat əvvəl
-
- 19 saat əvvəl
-
19 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
19 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
20 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
20 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!






















