Çiyələk yığımı 10-15 gün gecikib
Respublikamızın əsas tərəvəzçilik rayonlarından sayılan Xaçmazda may ayının ikinci ongünlüyündən başlayaraq mövsümün ilk məhsulu sayılan çiyələyin yığımına başlanılacaq.
Təsərrüfatçılar əsasən çiyələyin Avropadan gətirilən növlərini becərməyə daha çox üstünlük verirlər. Bunun əsas səbəbi həmin növ çiyələklərin həm məhsuldar, həm də satış üçün əlverişli olmasıdır.
Hər il Xaçmazda 100 hektara yaxın çiyələk əkilir. Bu sahələrdən 150 tona yaxın məhsul yığılır.
Beş hektar sahədə çiyələk becərən təsərrüfatçı Rəşad Ağaşirinov bildirib ki, yaz aylarında havaların nisbətən soyuq keçməsi çiyələk yığımını 10-15 gün gecikdirsə də, məhsuldarlıq yaxşıdır.
“Çiyələk bitkisi xüsusi aqrotexniki qulluq tələb edir. Sahəni alaqdan qorumasan məhsul almaq mümkün deyil. Biz suvarmanı damcı üsulu ilə həyata keçirik. Sahələrə əsasən üzvi gübrələr verilir. Bununla da çiyələk həm dadlı olur, həm də tağdan dərdikdən sonra daha uzun müddət saxlamaq mümkündür”, - deyə R.Ağaşirinov söyləyib.
Bir ay davam edəcək yığım zamanı əldə olunan məhsul əsasən yerli bazarlarda satılacaq.
Bütün gileymeyvələr kimi, çiyələk də insan orqanizmi üçün faydalıdır. Ruhdan düşməmək, daim yaxşı əhval-ruhiyyədə olmaq üçün alimlər müntəzəm olaraq çiyələk yeməyi məsləhət görürlər.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 9 d. əvvəl
- 34 d. əvvəl
- 36 d. əvvəl
- 42 d. əvvəl
- 48 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb







.jpg)





.jpg)







