"Access Business Talks" layihəsinə yekun vurulub
AccessBank-ın UNEC ilə birgə reallaşdırdığı "Access Business Talks" layihəsinin bağlanış mərasimi keçirilib.
Bankda baş tutan tədbirdə çıxış edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, "Access Business Talks" layihəsini AccessBank ilə UNEC arasında uğurlu əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirib: "Əminliklə deyə bilərəm ki, bu layihə yalnız universitet və bankda deyil, müxtəlif dairələrdə özündən söz etdirə bilib. Müxtəlif beynəlxalq maliyyə institutlarının yerli ofisinin və iri audit şirkətlərinin təmsilçiləri bu layihədə iştirak etmək istədiklərini dilə gətirib və bu məni çox sevindirib".
AccessBank-ın Korporativ bankçılıq və Marketinq üzrə icraçı direktoru Günay Cəlilova isə bildirib ki, "Access Business Talks" layihəsi "UNEC Business Conversation Club" qədər uğurlu oldu: "Bu layihənin həyata keçirilməsində əsas məqsəd həm tələbələrə, həm UNEC-ə, həm də banka faydalı olmaq idi. Düşünürəm ki, biz məqsədimizə çatdıq. Layihə iştirakçısı olan tələbələr həm dil, həm də praktiki biliklərini möhkəmləndirdilər. Sözsüz ki, onlar bu biliklərini gələcək iş yerlərində tətbiq edəcəklər. Bir sözlə, "Access Business Talks" özünü doğrultmuş bir layihə kimi yaddaşlarda qalacaq".
UNEC-in "Maliyyə və mühasibatlıq" fakültəsinin dekanı Gəray Musayev qeyd edib ki, layihə olduqca effektiv olub. O, layihənin reallaşdırılmasında əziyyəti keçən hər kəsə təşəkkürümü bildirib: "AccessBank korporativ sosial məsuliyyət üzrə götürdüyü öhdəliklərinə sadiq bir bankdır. Sevindiricidir ki, "Access Business Talks" kimi brendə çevrilmiş bir layihə bunun tərkib hissəsi oldu".
UNEC-in Daxili audit şöbəsinin müdiri Hikmət Babayev isə "Access Business Talks" layihəsini praktika ilə nəzəriyyənin sintezi adlandırdı.
Tədbir çərçivəsində tələbələr layihə barədə təəssüratlarını bölüşüb, ardınca onlara sertifikatlar verilib.
Bununla yanaşı, UNEC "Maliyyə və mühasibat" fakültəsi Anar Həsənovu, Günay Cəlilovanı və "Access Business Talks" layihəsinin müəllifi, "İngilis dili" kafedrasının dosenti Xavər Hacıyevanı "Təşəkkürnamə" ilə təltif etdi.
Qeyd edək ki, "Access Business Talks" layihəsi 10 həftə ərzində davam edib. Tələbələr üçün layihə davam etdiyi müddətdə maraqlı görüşlərlə yanaşı, bankda təşkil olunan ekskursiyada hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış olmaq imkanı yaradıldı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
51 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
1 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























