Azərbaycanın ən böyük bankı 2018-in audit hesabatını dərc etdi
Azərbaycanın ən böyük bankı “Azərbaycan Beynəlxalq Bankı” ASC 2018-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatını dərc edib. Hesabat “Azərbaycan Beynəlxalq Bankı” qrupunun göstəricilərini əks etdirir. 2018-ci ilin sonuna Qrupa "MBA Moskva" və "ABB-Gürcüstan" bankları, "Beynəlxalq Sığorta Şirkəti", "Azericard" prosesinq mərkəzi, Beynəlxalq Lizinq Şirkəti daxildir. Beynəlxalq Bank bu şirkətlərin 100% sahibidir. Qeyd edək ki, ötən il Bankın səhmdarları “ABB-Gürcüstan” və “Biznes-Rabitə” şirkətinin fəaliyyətinin dayandırılmasına qərar veriblər. “MBA-Moskva”, “Azericard” MMC (prosessinq mərkəzi) və “Beynəlxalq Lizinq” QSC isə fəaliyyətini davam etdirməkdədir.
“Marja”, "Ernst & Young" auditor şirkətinin də təsdiq etdiyi maliyyə hesabatına istinadən xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” qrupu 2018-ci ili 298 milyon 676 min manat xalis mənfəətlə başa vurub. Bank 2017-ci ili 826 milyon 399 min manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin azalması 2017-ci ildə restrukturizasiya prosesi ilə bağlı əldə edilmiş birdəfəlik gəlirlərin 2018-ci ilin fəaliyyət nəticələrində olmaması ilə izah edilir.
Yeri gəlmişkən, yerli standartlar əsasında hazırlanmış hesabatda göstərilmişdi ki, təkcə "Azərbaycan Beynəlxalq Bankı" ASC 2018-ci ili 425 milyon 841 min manat xalis mənfəətlə başa vurub. Bu iki göstərici arasındakı fərq isə hesabatların fərqli uçot standartları əsasında hazırlanması ilə bağlıdır. Beləliklə, fərq yaradan amillər əsasən ehtiyatların qiymətləndirilməsi, maliyyə alətlərinin ədalətli dəyərinin və s. hesablanmasıdır. Qeyd edək ki, ehtiyatlardan qayıtmalar, aktivlərin dəyərinə görə yenidən qiymətləndirilməsi və digər məsələlər beynəlxalq mühasibatlıqda fərqli şəkildə əks olunur.
2017-ci ildə faiz gəlirləri 455 milyon 997 min manat ikən, 2018-ci ildə 436 milyon 741 min manata düşüb. Ümumi faiz gəlirlərinin tərkib hissəsi olan müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri isə 236 milyon 818 min manatdan 195 milyon 393 min manata enib. Qrupun qeyri-faiz gəlirləri isə 711 milyon 150 min manatdan 47 milyon 877 min manata geriləyib. Qeyri-faiz gəlirlərinin azalması bankın mövcud biznesi ilə deyil, restrukturizasiya ilə bağlı gəlirlərin bu il olmaması ilə bağlıdır. 2017-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” restrukturizasiyadan 502 milyon 439 min manat qazanc əldə etmişdi.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
31 dekabr 2018-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” qrupu 8 milyard 274 milyon manat cəmi aktivlərə malik olub. Aktivlərin azalması nağd vəsaitlərin azalması ilə bağlı olub. Qrup 2017-ci ilin sonunda 9 milyard 74 milyon manat cəmi aktivlərə malik idi.
Yerli standartlar əsasında hazırlanmış hesabatda göstərilmişdir ki, 31 dekabr 2018-ci il tarixinə "Azərbaycan Beynəlxalq Bankı"nın aktivləri 7 milyard 932 milyon manat təşkil edib.
İllik müqayisədə müştərilərə verilən kreditlər 1 milyard 542 milyon manatdan 1 milyard 674 milyon manata yüksəlib.
"Azərbaycan" Beynəlxalq Bankı" ASC-nin nizamnamə kapitalının 91.40%-i Maliyyə Nazirliyinə, 3.76%-i Əmlak Məsələləri Dövlət Komitəsinə, 0.13%-i "Aqrarkredit" QSC-yə, 0.32%-i hüquqi şəxslərə və 4.39%-i fiziki şəxslərə məxsusdur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 4 saat sonra
-
-
12 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
12 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
13 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
13 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
14 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
























