"Bakıya 30 mindən çox əcnəbi azarkeş gələcək"
“Bakı Avrupa Liqasının final matçına hazırdır. Oyun üçün paytaxta 30 mindən çox əcnəbi azarkeş gələcək. Bu, bizim üçün böyük imtahandır”.
Bunları gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu barədə “Anadolu” agentliyinə açıqlamasında deyib.
Nazir bildirib ki, UEFA rəsmiləri matçın baş tutacağı Bakı Olimpiya Stadionunu təftiş ediblər və 5 ballıq şkala ilə 4,5 bal qiymət veriblər: “Bu, hər bir metri planlı şəkildə inşa edilən stadiondur. Bütün sistemlər problemsiz işləyir. Azarkeşlərin hava limanından bura gəlməsi üçün hər şey düşünülüb. Bunadək Avrupa Oyunları, İslam Həmrəyliyi Oyunları ve “Formula 1” kimi nəhən yarışlara ev sahibliyi etsək də, belə səviyyədə futbol tədbirini ilk dəfə təşkil edəcəyik. Azarkeşlər bu matçı səbirsizliklə gözləyirlər. Gərgin matç olacaq”.
Qeyd edək ki, mayın 29-da keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
10 d. əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
-
1 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
Ən çox oxunanlar
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var





















