Gələn il Azərbaycanda qaz hasilatının kəskin artacağı açıqlandı
2020-ci ildə Azərbaycanda qaz hasilatının həcminin 40 mlrd. kubmetrdən çox olacağı planlaşdırılır.
Bunu energetika naziri Pərviz Şahbazov 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransının açılışında bildirib.
"Bir il əvvəl açılışı həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi kimi strateji maraqlara, iqtisadi inkişafa və qlobal əməkdaşlığa yönəlmiş layihədir. 2020-ci ildə Xəzər dənizindən Avropaya yeni mənbədən təbii qazın çatdırılması üzrə işlər yekun, onun genişləndirilməsi istiqamətində işlər isə başlanğıc mərhələdədir. Cənub Qaz Dəhlizi imkan verir ki, Azərbaycan enerji strategiyasını həm də təbii qaz sektorunda inkişaf etdirsin.Cənub Qaz Dəhlizi üzrə görülmüş işlərdə artıq nəticələr əldə edilib", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, TANAP-la indiyə kimi Türkiyəyə 1.8 mlrd. kubmetr qaz nəql edilib. Nazir bildirib ki, "Şahdəniz" yatağından qaz hasilatı 2018-ci illə müqayisədə bu il 6 mlrd. kubmetr, 2020-ci ildə isə 8,5 mlrd. kubmetr artacaq: "Beləliklə, 2020-ci ildə ölkədə ümumi qaz hasilatının 40 mlrd.kubmetri ötəcəyi gözlənilir".
Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 30 mlrd. 592,2 mln. kubmetr qaz hasil olunub. Beləliklə, 2018-ci illə müqayisədə qaz hasilatının təxminən 10 mlrd. kubmetr və ya 33% artacağı gözlənilir.
Energetika Nazirliyi cari ildə ölkədə qaz hasilatını 36 mlrd. 298,8 mln. kubmetr səviyyəsndə proqnozlaşdırır. Beləliklə, 2020-ci ildə hasilat ən azı 10% artacaq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























