Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
- Səhər saat 09:20-də Mərkəzi Bank Martın 10-na USD/AZN rəsmi məzənnəsini 1.7437 manat səviyyəsində açıqladı.
- Saat 09:30-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin düşdüyü müşahidə olundu, Dollar əsasən 1.76-1.78 manat səviyyələrindən satıldı.
- Günortadan sonra da banklarda Dolların məzənnələrinin sürətlə düşdüyü müşahidə olundu.
-5000 dollar limitlə ABŞ valyutası satan Yapı Kredi Bank Azərbaycan, Dolların satış qiymətini 1.7450 manata endiridi. Bu məzənnə bazarda ən aşağı satış məzənnəsi idi.
-Limitsiz valyuta satan NBC Bank Dolları 1.7590 manata, GünayBank 1.7570 manata endirdi.
-Limitsiz Dollar satan Kapital Bank alış qiymətini 1.73 manatdan 1.72 manata, satış qiymətini isə 1.78 manatdan 1.76 manata saldı.
-Dolların satış qiyməti Bank Silk Vey-də 1.76 manatdan 1.7580 manata, Bank BTB-də 1.7650 manatdan 1.7550 manata, AzərTürkBank-da 1.78 manatdan 1.7650 manata düşdü.
-Bu gün, bir sıra banklar Dolları əhalidən 1.68-1.70 manat səviyələrindən almağa başladılar. Məsələn, Bank BTB bu gün dolları 1.68 manata, AcessBank 1.6880 manata, UniBank, Ziraat Bank, Unibank, ExpressBank, Azərbaycan Sənaye Bankı, AFB Bank isə 1.70 manatda alırdı.
- Axşam saat 17:05-də Mərkəzi Bank 13.03.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7437 səviyyəsində müəyyən olunduğunu açıqladı
Qeyd edək ki, çoxları manatın bahalaşacağına inanmırlar. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur, Dolların ucuzlaşması, bir “oyundur”. Hələ də çox insan, Mart ayından başlayaraq Dolların bahalaşacağını hesab edir. Bəzi iddialara görə, ABŞ Mərkəzi Bankı Fed Martın 15-də faizi artırarsa Dollar daha da bahalaşacaqdır.
Qeyd edək, Mərkəzi Bank depozit hərracları və notların yerləşdirilməsi ilə izafi manat kütləsini dövriyyədən çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da məzənnənin kəskin qalxmasının qarşısını alır. Qısası, banklarda dolların ucuzlaşması manat çatışmalığı ilə bağlıdır.
Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
9 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN













.jpg)






