“Bir çox şirkət “Ümid-Babək” blokunun işlənilməsi layihəsində iştirak etməkdə maraqlıdır”
“Bir çox şirkət Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənilməsi layihəsində iştirak etməyə maraq göstərir”.
Bunu Sankt-Peterburqda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.
O qeyd edib ki, əsas “Total” şirkəti ilə layihədə iştirakla bağlı danışıqlar aparılır: “Hazırda təkliflərə baxılır. Əsasən “Total”ın layihədə iştirakını gözləyirik. Hazırda onlarla danışıqlar aparılır”.
R.Abdullayev Rusiyanın "LUKoil" şirkətinin də bu layihə ilə maraqlandığını, onlara materiallar verildiyini əlavə edib.
Qeyd edək ki, “Ümid-Babək” blokunda iştirakla bağlı “Total”ın rəhbərliyi ilə müzakirələr aparılıb. 2018-ci ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyevin Parisdə “Total”ın sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşündə də “Total”ın mümkün iştirakı müzakirə mövzularından olub.
“LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov da bu həftə jurnalistlərə açıqlamasında “Ümid-Babək” blokunda iştirak etmək üçün danışıqlar apardıqlarını qeyd edib.
Xatırladaq ki, "Ümid" yatağı Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu, SOCAR-ın kəşf etdiyi ilk yataq olub. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. “Ümid” yatağı 2012-ci ildə sənaye işlənməsinə daxil edilib.
“Babək” strukturu "Ümid" yatağı ilə bitişik stukturdur. Burada 3D seysmik işlər aparılıb və 2013-cü ildə tamamlanıb. 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi və blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























