Azərbaycan Dizayn Zirvəsi keçiriləcək - İŞTİRAK ÖDƏNİŞSİZDİR
(®) Azerbaijan Design Summit – Azərbaycan Dizayn Zirvəsi dizayn sahəsində sözünü demiş ustaların və yeni başlayanların görüş yeridir. Qeyri-adi ideya sahiblərinin fikir mübadiləsi etdiyi, dizaynın mövcud durumundan danışdığı bu tədbir öz sürpriz qonaqları və maraqlı hədiyyələri ilə də ürəyinizcə olacaq.
Tədbir haqqında yeniliklərdən xəbərdar olmaq və qeydiyyatdan keçmək üçün Azerbaijan Design Summit səhifəsini izləmək yetər. İştirak ödənişsizdir.
Azerbaijan Design Summit 16 iyun saat 12:00-da Bakı Gənclər Mərkəzində keçiriləcək.
Erkin Ergin:
Beynalxalq İqtisadi Münasibətlər fakültəsini bitirib. Ssenarist və aktyor kimi bir neçə serial və filmlərdə çəkilib. Ən son sentyabr ayında kinoteatrlara çıxacaq HOZU filmdə baş obrazlardan birini canlandırmışdır. Copywriter olaraq ''Yellow'' "Shamans" ve.s reklam agentliklərində işləyib. Bir neçə yerli və əcnəbi markların (Bakcell, Volkswagen, Dominos pizza ve.s) reklamlarında aktyor kimi yer alıb. 2009-cu ildən Standup komediyaçı olaraq çıxışlar edir.
(TEDxBakı, Kamedi Şmamedi, Standup ARB tv, Stand-up Baku ATV v.s ). Həvəskar karikaturaçılıqla məşğul olur.
Rizvan Bağırlı:
UNEC Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib. 12 illik dizaynerlik təcrübəsinə malikdir. "Organic Ogilvy" reklam agentliyində qrafik dizayner, “McCann Baku” reklam agentliyində qrafik dizayner, art-direktor kimi çalışıb. “Bakcell”, “Coca-Cola”, “Unilever”, “Eti”, “MasterCard”, “Norm Sement”, “Gilan Holding”, SOCAR kimi qlobal və yerli şirkətlərin vizual kommunikasiya işlərində iştirak edib. 2018-ci ildən “Code Academy”də qrafik və veb-dizayn müəllimi, eyni zamanda art-direktordur. “Adobe Photoshop” üzrə “Adobe Certified Expert” adı qazanmış ilk azərbaycanlıdır.
Elnur Babayev:
ÖDTÜ-nün Sənaye dizaynerliyi fakultəsindən məzun olub. İstər qrafik dizayn, istərsə də məhsul dizaynı sahəsində gördüyü işlər dünyanın bir çox nüfuzlu mükafatlarına layiq görülüb. Hazırladığı sosial posterlər xarici ölkələrdə keçirilən poster müsabiqələrində bir neçə dəfə qalib olub və 20-dən çox ölkədə nümayiş edilib. Safee layihəsi bütün dünyada rezonans doğurub. Belə ki, bu layihə BBC, Mirror, Yahoo, 9gag kimi saytlarda müzakirə olunub.
Ramin Nəsirov
“Azerbaijan Design Award” layihəsinin həmtəsisçisi və təşkilatçısıdır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. “ISR Holding”, “Altes Group”, “C Hotels Group”, “Gilan Holding”, “Bakı Şərab - 2” zavodu, “Azersun Holding” kimi şirkətlərdə çalışıb. “Natura” meyvə şirələri, “Men” arağı, “Zeytuna” zeytun yağı, “Saville” nar şirəsi, “Fruit & life” mürəbbə və kompot, “Bizim tarla” konfitur və cem, “Super Sun” hazır yeməklər və s. markaların dizaynı ona aiddir.
Aynur İsayeva:
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəssam-modelyer fakültəsinin məzunu olub. 2005-ci ildə "Art Gallery" məkanında fərdi sərgisi açılıb. 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. “3Dost” reklam agentliyində bir müddət həm rəssam, həm də qrafik dizayner olaraq çalışıb. Calligraphy və lettering ilə məşğuldur.
Sabiha Hande Tanriverdi
İzmir Texnologiya İnstitutunu Memarlıq fakültəsini bitirib. Əsərləri müxtəlif beynəlxalq müsabiqələrdə mükafat qazanıb. Arxitektura jurnallarında məqalələrlə çıxış edib. Azərbaycan, Türkiyə, Dubay, Qətər, Almaniya daxil olmaqla bir çox ölkədə fəaliyyət göstərən “Art Atelier Design Bureau” şirkəti ilə əməkdaşlıq edir. Azərbaycanda həyata keçirilmiş interyerlerin arxitekturası layihəsi üzrə birinci mükafatı qazanıb.
Qeydiyyat sayt vasitəsi ilə olacaq.
Web: www.azerbaijandesignsummit.az
Facebook: azerbaijandesignsummit
Instagram: azerbaijandesignsummit
Linkedin: azerbaijandesignsummit
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 28 d. əvvəl
- 40 d. əvvəl
- 42 d. əvvəl
-
47 d. əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
53 d. əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
1 saat əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
-
1 saat əvvəl
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Ən çox oxunanlar
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!













.jpg)







