Sahibkarlar Konfederasiyasının şirkəti ərəb şirkətilə memorandum imzalayıb
İyunun 21-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən "ASK Business Consulting" (ABK) şirkəti ilə Səudiyyə Ərəbistanının "Global Projects Development Holding Co" şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum “Global Projects Development Holding Co " və ABK arasında ortaq inkişaf hədəflərinin həyata keçirilməsinə yönəldilmiş, beynəlxalq və Azərbaycan şirkətləri arasında əməkdaşlıq, inteqrasiya imkanlarını stimullaşdırmaq məqsədi daşıyır.
Bu məqsədlə, "Global Projects Development Holding Co" ABK-nı məsləhətçi kimi tanıyır.
Memorandumda Azərbaycan şirkətlərinin xarici maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində dəstəyin göstərilməsi, yerli sahibkarlar və şirkətlər tərəfindən təklif olunan investisiya layihələr (biznes-planlar) məlumat bazasının yaradılması və ilkin təhlili, investisiya layihələrin baxılması, seçilməsi prosesində birbaşa iştirak və s. nəzərdə tutulur.
Sənədi "Global Projects Development Holding Co" şirkətinin direktoru Badear Bhaişan Al-Mutairi və "ASK Business Consulting" şirkətinin direktoru Fərqanə Həsənova imzalayıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov hər iki tərəfə uğurlar arzulayaraq, yeni investisiyaların cəlbində Azərbaycan şirkətlərinin seçilməsi prosesinə start veriləcəyini vurğulayıb.
Badear Bhaişan Al-Mutairi qeyd edib ki, ASK-nı bir komanda kimi görür və eyni qrupda işləməyə hazırdırlar. O, Azərbaycandakı şirkətlərə investisiya yatırmaq planları ilə bərabər Azərbaycan şirkətlərinin məhsullarını Körfəz ölkələrinə çıxarılmasına dəstək verməyə hazır olduqlarını bildirib.
“ASK üzvləri arasında rəqabətədavamlı məhsul istehsalçıları çoxdur və onlar xaricə, xüsusən də Körfəz ölkələrinə çıxmaqda maraqlıdırlar”, deyə V. Zeynalov söyləyib.
Badear Bhaişan Al-Mutairi Bakıda olduğu bir həftə ərzində turizm potensialının onun diqqətini cəlb etdiyini qeyd edərək, bu sahədə bazarın vəziyyəti barədə hesabat toplamağı xahiş edib. Bundan başqa, Azərbaycanın sığorta sektoru ilə bağlı vəziyyətlə maraqlanan xarici investor sığorta sahəsində çalışan bir şirkətə investisiya yatırımı niyyətini də açıqlayıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
4 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























