Yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verildi
İpoteka və Kredit Zəmanət Fondunun yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi əhalinin və Fondun müvəkkil təşkilatlarının (banklar, sığortaçılar və qiymətləndiricilər) istifadəsinə verilib.
Fondun yaydığı məlumatda bildirilir ki, son dövrlərdə ölkədə avtomatlaşdırma proseslərinin geniş miqyasda tətbiqi, ölkə başçısının elektron xidmətlərin göstərilməsi ilə bağlı müvafiq fərmanlarından irəli gələn tapşırıqların icrası, eləcə də Fondun institusional idarəetməsi və fəaliyyət istiqamətləri üzrə həyata keçirilən dəyişikliklər yeni “Elektron ipoteka və kredit zəmanət” sisteminin yaradılmasını zəruri edib. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı ilə “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında” Əsasnamə təsdiq edilib.
Yeni istifadəyə verilən sistem ən müasir texnoloji platforma üzərində qurulub. Proqramlaşdırma dili olaraq JAVA, PHP, verilənlər bazası olaraq “ORACLE 12C Enterprise Edition” üzərində qurulmuş sistem Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzində “AZCLOUD TIER III” standartına malik bulud texnologiyası üzərində tətbiq edilib. Yeni sistemin qurulması zamanı növbəti dövrlərdə Fondun fəaliyyətininin genişlənməsi, kreditləşmə əməliyyatlarının və müştəri bazasının artması, yeni kredit məhsullarının və idarəetmə baxımından əlavə funksiyaların tətbiqi, sistemin geniş bazaya malik olması, sürətinə və çevikliyinə görə mövcud tələblərə cavab verməsi, bütün müasir veb brauzerləri dəstəkləyən müasir platforma üzərində yaradılması və təhlükəsizlik kimi amillər nəzərə alınıb. Qeyd olunanlarla yanaşı, əvvəlki dövrlərdə elektron ipoteka sistemi daxilində istifadəyə verilmiş müxtəlif altsistemlərin yeni sistemdə vahid platforma üzərində birləşdirilməsi təmin edilib. Eyni zamanda, yeni sistemin Fondda tətbiq olunan digər yeni əməliyyat sistemlərinə inteqrasiyası təmin olunaraq Fondun əməliyyatlarının avtomatlaşdırılması müasir tələblərə uyğunlaşdırılıb.
Yeni sistem yalnız ipoteka kreditləşməsini deyil, Fondun Nizamnaməsində qeyd edilən bütün fəaliyyət istiqamətləri üzrə (sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi) elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasını, iştirakçılara elektron sistemə inteqrasiya olunmuş informasiya sistemləri və ehtiyatlarından müvafiq sənədlər barədə informasiya əldə etmək imkanının yaradılmasını nəzərdə tutur. Yeni sistem əhalinin, sahibkarlıq subyektlərinin və Fondun əməkdaşlıq etdiyi müvəkkil təşkilatların Fondun təqdim etdiyi xidmətlərdən daha sürətli və səmərəli şəkildə istifadəsinə imkan verəcək.
Məlumat üçün bildirək ki, hazırda Fond tərəfindən sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi modulları üzrə işlər yekunlaşmaq üzrədir və yaxın zamanlarda bu istiqamətlər üzrə də elektron xidmətlərin əhalinin istifadəsinə verilməsi təmin ediləcək.
Qeyd edək ki, yeni sistemin tətbiqi biznes proseslərin şəffaflığının artırılmasına, Fondun xidmət sahələri üzrə rəsmiləşdirmə müddətlərinin və əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalmasına, müvəkkil banklar və Fond tərəfindən maliyyə risklərinin idarə olunmasının effektivliyinin artırılmasına xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)












.jpg)



