CII IF 1 imtahanına hazırlıq kursu

Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi CII IF 1 imtahanına hazırlıq kursu üzrə qeydiyyat elan edir!
Təlim proqramı CII institutu tərəfindən təklif olunan CII IF 1 imtahanına hazırlıq kursudur.
CII IF 1 (The Chartered İnsurance İnstitute - Insurance Foundation (Insurance, legal and regulatory)) – Sertifikatlaşdırılmış Sığorta İnstitutu – Sığortanın əsasları (Sığorta, qanun və qaydaları) Cİİ institutu tərəfindən təklif olunan peşəkar dərəcədir. Bu sığortanın əsas tənzimləyici prinsipləri, sığorta müqavilələri üzrə hüquqi prinsipləri, istehlakçıların hüquqlarının qorunması və sığortanın digər sahələrinə dair ümumi bilikləri əhatə edir. CertCİİ dərəcəsinə layiq görüldükdən sonra namizədlər üçün sığorta agenti, anderrayter, sığorta üzrə risk meneceri, tədqiqatçı, məsləhətçi , analitik və. s. kimi bir çox karyera imkanları mövcuddur.
CII Proqramı haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı fayldan istifadə edə bilərsiniz: http://www.cii.co.uk/media/7267013/gi_quals_2017_10-16_v2.pdf
Təlimin başlama tarixi: 01 may 2017 - cı il
Dərs günləri: Çərşənbə və şənbə günləri
Vaxt: 1) Çərşənbə: 19:00 – 21:00
2) Şənbə günləri: 17:00 – 19:00
Təlim 25 dərsdən (50 saat) ibarətdir. Dərslərin müddəti 2 və 2.5 saat təşkil edir. Birinci saatdan sonra 15 dəqiqəlik fasilə nəzərdə tutulub. Təlim iştirakçıları tədris materialları ilə Mərkəz tərəfindən təmin olunacaqdır. Təlim zamanı müntəzəm olaraq testlər, sonda isə sınaq imtahanları təşkil olunacaqdır.
Tədris dili: İngilis dili
Təlimin müddəti: 50 saat
Kursun aylıq ödənişi: 300 AZN
Kursun ümumi ödənişi: 750 AZN
* Fiziki şəxslər üçün hissəli ödəniş mümkündür.
* Sayı birdən çox olan eyni şirkət nümayəndələrinə korporativ endirimlər edilir.
Təlimçi - Firdovsi Ağaşirinov CertCII:http://cmtc.gov.az/az/telimciler/31
Dərslər Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzində keçiriləcəkdir. Dərslərin keyfiyyətinə Mərkəzimiz zəmanət verir! Təlim proqramımızı müvəffəqiyyətlə tamamlayan tələbələr CII IF 1 imtahanından hazır və sərbəst şəkildə keçəcəklər.
"CII IF 1 " imtahanı üzrə hazırlıq kursu üzrə qeydiyyatdan keçmək və təlim haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: http://cmtc.gov.az/az/cii-if-1-imtahana-hazirliq
QEYD: "CII IF 1" rəsmi imtahani 10 oktyabr 2017-cı il tarixində Bakı şəhərində British Council tərəfindən təşkil ediləcəkdir.
Alternativ olaraq bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın:
(+994)12 498 16 77
(+994)70 272 99 79
(+994)55 672 99 79
[email protected]
www.fmtc.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
14 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
