İlk dəfə qadın Avropa Mərkəzi Bankına sədr gətirilir
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard (Christine Lagarde) Avropa Mərkəzi Bankına (AMB) sədr gətirilir.
Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Kristin Laqard, Avropa Mərkəzi Bankının (AMB) "sükanı" arxasına keçməyə hazırlaşır. Beləliklə, ilk dəfə bir qadın sədr əlavə təşviqlərə ehtiyacı olan Avro Bölgəsinin pul siyasətini idarə edəcək.
"Marja" xəbər verir ki, Laqard, 31 Oktyabrda 8 illik vəzifə müddəti başa çatacaq AMB sədri Mario Draghinin yerinə namizəd göstərilib. Avropalı liderlər Çərşənbə axşamı günü Brüsseldə keçirdikləri toplantıda 63 yaşlı Kristin Laqardı namizəd göstəriblər. Laqard hüquq müdafiəçisi və Fransanın maliyyə naziri vəzifəsində də işləyib.
Laqard etdiyi açıqlamada, "namizəd göstərilməkdən şərəf duyduğunu" bildirib.
Almaniya Kansleri Angela Merkel, "Laqard, BVF-də əldə etdiyi mübahisəsiz liderlik roluna görə seçilib və bunu bacarıbsa AMB-ni də idarə edəcəyini hesab edirəm" - deyib. Fransa Prezidenti Emmanuel Macron isə, "Laqard AMB üçün keyfiyyətlərə malikdir. Bazarlarda etibarı var",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)








.jpg)






