Bir sıra məhsullar üçün gömrük rüsumu sıfıra endirildi
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.
“Marja”nın məlumatına görə, dəyişikliyə əsasən, bir sıra propan və butan məhsullarının idxalına tətbiq edilən 15% gömrük rüsumu 0 faizə endirilib.
Belə ki, emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevrilmələr üçün, təmizliyi 90 %-dən çox, lakin 99 %-dən az olan propanlar və emalın spesifik prosesləri üçün, proseslərdə kimyəvi çevrilmələr üçün, təmizliyi 90 %-dən çox, lakin 95 %-dən az olan butanlar 15 faiz idxal gömrük rüsumundan azad edilib.
Beləliklə, yuxarıda qeyd edilən propanlar və butanlar Azərbaycan Respublikasının ərazisinə gətirilən zaman gömrük idxal rüsumuna cəlb olunmayacaq.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra, yəni avqustun 13-də qüvvəyə minir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Qeyde edək ki, "SOCAR-CNG” MMC Azərbaycanda sıxılmış təbii qaz (CNG - Compressed Natural Gas) stansiyaları quraşdırmağa başlayıb. Sıxılmış qazın tərkibindəki əsas maddələr metan, etan, butan və propandır.
2018-ci ilin ikinci rübündən etibarən “SOCAR PETROLEUM” QSC “SOCAR” brendi ilə fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələrində alternativ nəqliyyat yanacağı kimi sıxılmış təbii qazın ( CNG) satışı və avtomobillərin CNG ilə çalışması üçün xüsusi avadanlıqların quraşdırılması xidmətini həyata keçirir.
CNG stansiyaları həm də iqtisadi və ekoloji cəhətdən daha sərfəli yanacaq növündən istifadə etmək baxımından əhəmiyyətlidir.Ənənəvi yanacaq növlərindən fərqli olaraq CNG-nin istifadəsi zamanı dəm qazı tullantıları 90% azdır. CNG-dən təyyarə, gəmi, ağır yük avtomobilləri kimi hər tip nəqliyyatda istifadə edilə bilər. Dünyada CNG-dən ən çox nəqliyyatda istifadə olunur və təbii qaz Nəqliyyat Vasitələrinin Beynəlxalq Assosiasiyasının son illər üçün məlumatına görə təbii qaz istifadə edən nəqliyyat vasitələrinin bazarı ikirəqəmli əmsalla artıb.
Qeyd edək ki, CNG-nin ən çox istifadə edildiyi ölkələr sırasında İran, Pakistan, Argentina, Braziliya, Çin, Hindistan, İtalya və s. var, dünyada təbii qazla işləyən nəqliyyat vasitələrinin sayı isə 20 mln.-a yaxındır.
"SOCAR CNG" Türkiyədə də CNG stansiyaları layihəsini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
-
36 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir

















.jpg)






