Daşkəsən Zəylik Alunit Mədəni ilə bağlı keçirilən tender üçün Ekspertlər Şurası yaradıldı
“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən Daşkəsən rayonu ərazisində yerləşən “Daşkəsən Zəylik Alunit Mədəni”ndə alunit filizi ehtiyatlarının qiymətləndirilməsi və müasir zənginləşdirmə texnologiyası ilə alunit filizindən gil-torpaq istehsalı üçün zəruri olan alunit konsentratının əldə edilməsi, hasil edilən alunit konsentratını emal etməklə tərkibindəki gil-torpaq, gübrələr və digər yararlı məhsulların çıxarılması üçün tətbiq olunacaq iqtisadi baxımdan səmərəli, ekoloji cəhətdən təhlükəsiz texnologiyanın seçimi, bu texnologiyanın laboratoriya, yarımsənaye və sənaye sınaqlarının aparılması, həmçinin ətraflı texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün tender elan olunub.
Bu tenderin nəticələrinin dəyərləndirilməsi, əsas şərtlər toplusunun hazırlanması, təkliflərə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Ekspertlər Şurası yaradılıb. Bu barədə "Marja"ya ASC-dən bildirilib.
Şuranın tərkibində “Azərbaycan Sənaye Korporasiyası” ASC və korporasiyanın nəzdində fəaliyyət göstərən “Azəralüminium” MMC, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu və akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Kimya, neftkimya və neftqaz emalı sənayesində işlərin görülməsinə nəzarət müfəttişliyi və Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Yerin təkinin mühafizəsi və dağ-mədən nəzarəti müfəttişliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “AzərGold” QSC-nin Geoloji kəşfiyyat şöbəsi, Milli Geoloji Kəşfiyyat Xidməti, eləcə də xaricdən dəvət olunmuş metallurgiya üzrə təcrübəli mühəndis heyəti və məsləhətçi qrup - “Jaleem Engineers” MMC-nin boksit və alüminium sahələri üzrə məsləhətçisi Errol Jaeger, İstanbul Texniki Universitetinin metallurgiya mühəndisi Onuralp Yücel və metallurgiya mühəndisi Erman Car təmsil olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















