“Akkord”un gəlirləri və mənfəəti kəskin azalıb
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2018-ci ili 12 milyon 482 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 2,3 dəfə azdır. ASC 2017-ci ili 29 milyon 415 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması “Akkord”un tikinti müqavilələrindən gəlirlərinin azalması ilə bağlıdır.
“Marja” ASC-nin illik hesabatına istinadən xəbər verir ki, ötən il 2017-ci illə müqayisədə “Akkord”un cəmi gəlirləri 2,1 dəfə azalaraq 108 milyon 115 min manata düşüb. Şirkət 2017-ci ildə 228 milyon 860 min manat gəlir əldə etmişdi.
KREDİT BORCLARINI QAYTARIB
31 Dekabr 2018-ci il tarixində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” 1 milyard 73 milyon manat cəmi aktivlərə malik olub. 2017-ci ilin sonunda şirkətin aktivləri 1 milyard 373 milyon manat idi. Aktivlərin azalması, əsasən, tikinti müqavilələri üzrə cari debitor borcların azalması ilə bağlıdır. Beləki, debitor borclar (Akkord-a olan borclar) bir ildə 196 milyon 184 min manat azalaraq 205 milyon 862 min manatdan 9 milyon 678 min manata düşüb.
İlllik müqayisədə “Akkord”un cəmi öhdəlikləri 971 milyon 255 min manatdan 657 milyon 903 min manata geriləyib. Öhdəliklərin azalmasına “Akkord”un kredit borclarını qaytarması böyük təsir göstərib. “Akkord”un qısamüddətli kreditor borcları 111 milyon 258 min manatdan 38 milyon 871 min manata, uzunmüddətli kreditor borcları isə 214 milyon 65 min manatdan 66 milyon 185 min manata düşüb.
Qeyd edək ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” nın 51%-i "VİP Estate" şirkətinə, 49%i Dərya Vəliyevə məxsusdur. Həmçinin Dərya Vəliyev şirkətin Müşahidə Şurasının sədridir.
Cənubi Qafqazda tikinti sektorunun lider şirkətlərdən biri olan "Akkord" Korporasiyası infrastruktur layihələrinin, ictimai obyektlərin tikintisi, inşaat materiallarının istehsalı üzrə ixtisaslaşmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























