"Artan gərginliyə baxmayaraq neft qiymətləri sakit qalacaq"
Qlobal investisiya bankı "Morgan Stanley", İranın Hörmüz boğazında İngiltərəyə məxsus neft tankerini dayandırması ilə artan gərginliyə baxmayaraq, neft qiymətlərinin sakit qalacağını proqnozlaşdırıb
"Morgan Stanley" artan gərginliyin neft qiymətlərində kəskin yüksəlişə səbəb olmayacağını hesab edir.
"Marja" xəbər veri ki, qurumun Qlobal neft strateqi Martijn Rats Orta Şərqdəki gərginliyin dərinləşməsinin təklifə mənfi təsir göstərəcəyi barədə narahat olmadığını bildirib.
Ekspert, "Hörmüz Boğazında keçmişdə də gördüyümüz kimi bu cür gərginliklər vaxtaşırı olur, bəzi fasilələr olsa da, bu uzunmüddətli olmur" şərhini edib.
OPEC-ə üzv olmayan ölkələrdə hasilatın sürətlə artması ilə neft bazarında dəyişiklik olduğunu qeyd edən Rats, "Bu da oyunu böyük ölçüdə dəyişir, buna görə də gərginliyin qiymət hərəkətlərinə təsiri sərt olmyacaq" şəklində bildirib.
Ötən həftə İran İnqilab Mühafizəçiləri Ordusu, Hörmüz Boğazında İngiltərəyə məxsus neft tankerini saxlayıb.
Brent neftin barrelinin qiyməti bu səhər 2%-dən çox yüksələrək 63.75 dollara, ABŞ xam neftinin barrelinin qiyməti 1.7% artaraq 56.68 dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
47 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır























.jpg)
