Tanınmış təmizlik məhsulları istehsalçısı Azərbaycana investisiya yatırmaqda maraqlıdır
İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin “ABC Deterjan San ve Tic A.Ş.” şirkətinin nümayəndələri ilə görüşüb.
"Marja" xəbər verir ki, görüşdə Şahin Mustafayev qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında əlaqələrin strateji səviyyədə olduğunu, ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini vurğulayıb. Azərbaycan iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən islahatlar, əlverişli biznes və investisiya mühiti, yaradılan sənaye parkları barədə məlumat verən İqtisadiyyat naziri Türkiyə şirkətlərini ölkəmizdəki işgüzar şəraitdən yararlanmaqla əməkdaşlığı genişləndirməyə dəvət edib.
“ABC Deterjan San ve Tic A.Ş.” şirkətinin İdarə Heyətinin rəhbəri Mustafa Başer təmsuil etdiyi şirkətin həyata keçirdiyi layihələr barədə məlumat verib, şirkətin Azərbaycana investisiya yatırmaqda maraqlı olduğunu diqqətə çatdırb.
Görüşdə kimya sənayesi məhsulları istehsalı sahəsində əməkdaşlıq, bu sahədə birgə müəssisənin yaradılması barədə müzakirələr aparılıb.
"ABC Deterjan" şirkəti 1972-ci ildə Türkiyədə daxili və beynəlxalq bazarlara kimyəvi xammal istehsal etmək üçün 100% yerli sərmayə ilə yaradılıb. Şirkət ilk yuyucu toz xammalı istehsalını1974-cü ildə həyata keçirib. "ABC Deterjan" 70-ci ilin sonlarından yuyucu tozlar istehsal edir.
"ABC Deterjan" hazırda Türkiyənin və regionun ən təcrübəli və ən güclü təmizlik məhsulları istehsalçılarından biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
58 d. sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























