Azərbaycandan kənara 1 000 dollar və daha çox valyuta köçürən fiziki şəxslər barədə hesabat hazırlanacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta haqqında statistik hesabatın tərtibi və təqdim edilməsinə dair Təlimat”ı təsdiqləyib.
Təlimat Mərkəzi Bankı tərəfindən pul və valyuta siyasətinin formalaşdırılmasında istifadə edilməsi üçün fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta barədə statistik məlumatların əldə edilməsi məqsədilə hazırlanıb.
Fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta haqqında statistik hesabat banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru tərəfindən tərtib olunmalıdır.
Hesabatda fiziki şəxslərin bank hesablarından 1 000 ABŞ dolları ekvivalentində və ondan artıq məbləğdə xarici valyutanın rezident və qeyri-rezident təsnifatı üzrə köçürülməsi tarixi, valyutanın adı, vəsait köçürülən ölkənin tam adı, köçürmənin məqsədi, köçürülən məbləğ (köçürülən xarici valyutada və ABŞ dolları ekvivalentində) və əməliyyatların sayı əks olunmalıdır. Hesabata statistik vahidlərin emissiya etdiyi ödəniş kartları vasitəsilə aparılan valyuta əməliyyatları ilə bağlı məlumatlar daxil edilmir. Hesabatda köçürülən xarici valyuta yalnız ABŞ dolları ilə qeyd edilir. ABŞ dolları istisna olmaqla, digər xarici valyutalarda köçürmələr əməliyyatın icra edildiyi günə manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsi əsasında hesablanmış çarpaz məzənnə üzrə ABŞ dolları ekvivalentində əks olunmalıdır. Hesabatda fiziki şəxslərin hesab açmadan apardıqları pul köçürmə əməliyyatları barədə məlumatlar qeyd edilmir.
Fiziki şəxslərin bank hesablarından Azərbaycandan kənara köçürülən xarici valyuta haqqında statistik hesabat statistik vahid tərəfindən onun bütün bölmələri üzrə icmallaşdırılaraq elektron formada aylıq əsasda, hesabat dövründən sonrakı 2 (iki) iş günü ərzində Mərkəzi Banka təqdim edilir. Əməliyyat baş verməyən hallarda hesabatda həmin göstərici (göstəricilər) üzrə xanada (xanalarda) 0 (sıfır) rəqəmi qeyd olunur. Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım




























