Qara Dəniz Ticarət və İnkişaf Bankı cəlb etdiyi 10 milyon manatı bu banka verəcək
“Qara Dəniz Ticarət və İnkişaf Bankının Azərbaycan Manatında istiqraz emissiya edərək cəlb etdiyi 10 milyon manat “Turanbank” vasitəsilə kiçik sahibkarlığa yönəldiləcək”
"Marja"nın məlumatına görə, bunu jurnalistlərə "PAŞA Bank"ın Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev bildirib.
Qeyd edək ki, Azərbaycanda beynəlxalq qurumu tərəfindən Manatda ilk dəfə istiqraz buraxılışının anderrayteri “PAŞA Kapital nvestisiya Şirkəti" QSC olub.
“Əldə olunan vəsaitlər “Turanbank” vasitəsilə kiçik sahibkarlığa yönəldiləcək. Kiçik sahibkarlar həmişə faiz məsələlərindən əziyyət çəkiblər. Düşünürəm ki, bu vəsait “Turanbank” tərəfindən sahibkarlara nisbətən aşağı faizlər ilə təklif olunacaqdır. Çünki layihənin məqsədi kiçik sahibkarlara dəstəkdir. Ən əsas məsələlərdən biri də budur ki, artıq beynəlxalq qurumun Azərbaycanda neçə faizlə vəsait cəlb edə biləcəyi bilinir”,- Bəhruz Nağıyev deyib.
Qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı Manatda emissiya etdiyi istiqraz üzrə 9,25% müəyyən etsə də hərracda tələb böyük olub. Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 1036.9251 AZN (7.25%), orta ölçülmüş qiyməti isə 1038.5984 AZN (7.16%) müəyyən olunmuşdur.
Xəbər verdiyimiz kimi, 01 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Qara Dəniz Ticarət və İnkişaf Bankının 10 milyon manatlıq korporativ istiqrazları üzrə hərrac keçirilib. Hərracda tələb təklifi 8 dəfə üstələyib. İstiqrazlara investorlar tərəfindən 63 sifariş ilə 85 milyon manatlıq tələb olub.
Ətraflı oxu: Azərbaycanda tarixi istiqraz yerləşdirilməsində rekord göstəricilər
Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən növbəti bir il ərzində ümumilikdə 50 milyon manat məbləğində yerli valyutada istiqrazların emissiyası nəzərdə tutulur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 28 d. əvvəl
-
- 30 d. əvvəl
-
39 d. əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
3 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























