Nazir: BP azərbaycanlıları işə götürməlidir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti Qari Counzla tanışlıq görüşü olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, BP şirkətinin Azərbaycan iqtisadiyyatında rolundan bəhs edən S.Müslümov xeyli sayda insanın məşğulluğunun təmin olunduğu şirkətdə yerli işçi qüvvəsindən istifadənin də genişlənməsinin əhəmiyyətli amil olduğunu diqqətə çatdırıb:
“BP-nin məşğulluqda rolu nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bu şirkət arasında bir sıra istiqamətlərdə əməkdaşlıq təcrübəsi formalaşıb. İşsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı üçün şirkətdə yaranan boş iş yerləri (vakansiyalar) barədə milli qanunvericilikdə müəyyən olunmuş qaydada məşğulluq orqanlarına məlumatın təqdim olunması bu əməkdaşlıqda ən çox diqqət yetirdiyimiz məsələlərdən biridir. Eyni zamanda, işçi qüvvəsinə, o cümlədən əcnəbi işçi qüvvəsinə tələb və təklif üzrə operativ məlumat mübadiləsinin aparılması, neft sektorunda tələbatın artacağı peşə və ixtisaslarla bağlı proqnozların, peşə və ixtisas standartlarının hazırlanması, tətbiqi və s. ilə bağlı əməkdaşlıq istiqamətləri mövcuddur”.
Nazir işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı və əlavə təhsilinin təşkili, əməyin mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğuna köməkliyin göstərilməsi və s. məsələlərin də BP ilə əlaqələr müstəvisində aktual olduğunu diqqətə çatdırıb:
“Hesab edirəm ki, bu istiqamətlərin hər biri üzrə əməkdaşlığın əməli işlər müstəvisində davam etdirilməsi üçün geniş imkanlar vardır və əminəm ki, qarşıdakı dövrdə bu imkanlardan maksimum istifadə olunacaqdır”.
Q.Counz BP şirkətinin genişmiqyaslı fəaliyyətində tərəfdaşlarla birgə davamlı sosial proqramların həyata keçirilməsinin, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının, işçi heyətinin ixtisas artımı ilə əlaqədar müvafiq işlərin aparılmasının mühüm yer tutduğunu qeyd edib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin müvafiq istiqamətlər üzrə davam etdirilməsi üçün qarşıdakı dövrdə məqsədyönlü işlərin görüləcəyini bildirib.
Görüşdə əmək miqrasiyası, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi, onların məşğulluğunun təminatı, habelə sosial cəhətdən həssas əhali qruplarının məşğulluğuna şərait yaradılması, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün peşə hazırlığının təşkili, peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi sahələrində gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
46 d. əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüş olub, geniş tərkibdə görüş başlayıb
-
59 d. əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar



























