Dünyanın ən uzun, hündür və sürətli attraksionu açılacaq
“Kaddiya” investisiya şirkəti Səudiyyə Ərəbistan Krallığının paytaxtı Ər-Riyadın əyləncə, idman və incəsənət mərkəzinə çevrilməsi layihəsi çərçivəsində inşa ediləcək möhtəşəm “Six Flags Qiddiya” əyləncə zonasının yaradılmasının təqdimatını keçirib.
Şirkət krallığın paytaxtı yaxınlığında yerləşəcək “Kaddiya” əyləncə şəhərciyində tematik parkın dizayn-layihəsi barədə ətraflı məlumat verib. “Kaddiya” investisiya şirkətinin icraçı direktoru Maykl Renencer bildirib ki, “Six Flags Qiddiya” zonasında yüksək səviyyəli fəal tədbirlər həyata keçiriləcək. Layihədə yerli mədəni irsə və şirkətin baxışlarına uyğun innovasiyalı ideyalardan istifadə olunacaq. Əsas məqsəd əyləncə şəhərciyinin ziyarətçilərinə sevinc və zövq bəxş etməkdir. Maykl Renencer vurğulayıb ki, bu layihə çərçivəsində həmçinin 17 mindən artıq iş yerlərinin açılması nəzərdə tutulur.
Qeyd olunur ki, 2023-cü ildə açılışı nəzərdə tutulan “Six Flags Qiddiya” əyləncə parkında müxtəlif attraksionlar, o cümlədən “Şahin uçuşu” adlandırılacaq dünyanın ən uzun, hündür və sürətli “Amerika təpələri” attraksionu açılacaq. Əyləncə parkı 32 hektar ərazidə yerləşəcək, 28 təpədən və attraksionlardan ibarət olacaq, 6 mövzular üzrə zonalara bölünəcək.
© Azərtac
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 49 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI


























