İnvestorlara borcu olan “METAK”ın gəlirləri və mənfəəti azalıb
Azərbaycanda borular və fitinqlər istehsalçısı “METAK” şirkəti 2019-cu ilin 1-ci yarısını 1 milyon 456 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır. Belə ki, “METAK” şirkəti 2018-ci ilin birinci yarısını 3 milyon 132 min manat xalis mənfəət ilə bağlamışdı. Mənfəətin azalması satışdan gəlirlərin azalması ilə bağlıdır.
“Marja” şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə "METAK"ın cəmi gəlirləri 36 milyon 520 min manat, cəmi xərclər 35 milyon 75 min manat təşkil edib. Nəticədə, “METAK” 1 milyon 456 min manat mənfəət əldə edib. Şirkət cari ilin birinci yarısında mənfəət vergisi ödəməyib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-iyun dövründə "METAK"ın cəmi gəlirləri 38 milyon 261 min manat, cəmi xərcləri 35 milyon 129 min manat təşkil etmişdi. Nəticədə, “METAK” 3 milyon 132 min manat mənfəət əldə etmişdi. Şirkət cari ilin birinci yarısında da mənfəət vergisi ödəməmişdi.
“METAK” şirkəti 2018-ci ildə malların satışından 89 milyon 862 min manat gəlir əldə etmişdir. Şirkət ötən ili 2 milyon 281 min manat xalis mənfəət ilə başa vurmuşdu.
Məlumat üçün bildirək ki, “METAK” şirkəti investorlara milyonlar borcludur. Şirkət qiymətli kağızlar bazarından sonuncu dəfə istiqraz buraxaraq 3 milyon manat cəlb edib.
2018-ci ilin 1-ci yarısında “METAK” şirkətində işləyənlərin sayı 10 nəfər artaraq 777 nəfərə yüksəlib.
“METAK” şirkətinin yeganə payçısı (100%) Alik Kərimovdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















