Almaniya üçün həyəcan təbili çalır
İkinci rübdə 0,1 faiz geriləyən Almaniya iqtisadiyyatının üçüncü rübdə də geriləməsi gözlənilir. İki rüb ardıcıl iqtisadi tənəzzülün yaşanması ilə Almaniya, 6 ildən sonra ilk dəfə texniki olaraq durğunluğa girəcək.
Ticarət münaqişələri, qlobal qeyri-müəyyənliklər və sıxıntı içində olan avtomobil sektoru Almaniyada iqtisadiyyata mənfi təsir etməyə davam edir. Xüsusilə, ticari münaqişələrin yaratdığı qeyri-müəyyənliklər, ölkə iqtisadiyyatının 6 ildən sonra ilk dəfə texniki olaraq durğunluğa daxil olacağı istiqamətindəki təhlükələri artırır.
Almaniya Mərkəzi Bankının (Bundesbank) avqust ayı hesabatında, ölkədə istehsalın bu ilin üçüncü rübündə "zəif" qalacağı qeyd edilərək, iqtisadiyyatın "durğunluğun sahilində" ola biləcəyi xəbərdarlığı edilib.
Almaniya Federal Statistika Ofisi (Destatis), 27 Avqustda, qlobal ticarət münaqişələrinin Almaniyanın ixracına mənfi təsir etməsilə bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə ölkə iqtisadiyyatının 0,1 faiz azaldığını təsdiq edib.
Almaniya İqtisadi Araşdırmalar İnstitutunun (DIW) 28 Avqustdakı proqnozlarına görə, ölkə iqtisadiyyatı ilin üçüncü rübündə 0,2 faiz kiçiləcək. Sözügedən azalmanın baş verməsi halında Almaniya, 6 ildən sonra ilk dəfə durğunluğa (iki rüb ardıcıl iqtisadi tənəzzülün baş verməsi) girmiş olacaq.
Almaniya iqtisadiyyatı ötən il 1,4 faiz artıb. Almaniya hökuməti, qlobal iqtisadiyyatın zəif inkişaf etməsinin ölkənin ixracına mənfi təsir etməsi, ticarət münaqişələri və Brexit-ə görə, bu il yalnız 0,5 faiz iqtisadi artım gözləyir.
Mütəxəssislər, daha öncə aparılan struktur islahatlarının, maliyyə təşviqlərinin, Avropa Mərkəzi Bankının (ECB) aşağı faiz dərəcələrinin və nisbətən zəif bir avronun son 10 ildə Almaniya iqtisadiyyatında artımın baş verməsini təmin etdiyini qeyd edirlər.
Ticarət münaqişələri, qlobal qeyri-müəyyənliklər və sıxıntı içində avtomobil sektorunun Alman iqtisadiyyatına mənfi təsir etdiyinə diqqəti çəkən mütəxəssislər, sözügedən proseslərin iqtisadi artıma zərbə endirdiyini bildirirlər.
Almaniyada Ifo İş Dünyası İndeksi, avqustda, ölkə iqtisadiyyatının durğunluğa girəcəyi narahatlığına görə 95,8-dən 94,3-ə geriləyərək 2012-ci ilin Noyabr ayından bəri ən aşağı səviyyəyə düşüb.
Durğunluq təhlükəsinə qarşı tədbirlər görməyə çalışan Almaniya hökuməti, vergi güzəştləri daxil bir çox variantı müzakirə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)







