Prezidentdən Novruz bayramı təbriki
Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə can sağlığı və xoş əhval-ruhiyyə arzulayıram.
Novruz bayramı ulu babalarımızın zəngin mənəvi aləmini dolğun təcəssüm etdirir. Ən qədim təsəvvürləri qoruyub saxlamış bu bayram təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsidir. Odlar diyarına onun hər gəlişi min illərin ənənəsinə uyğun, rəngarəng mərasimlər və el şənlikləri ilə müşayiət olunmuşdur. Milli özünüdərkin təşəkkülündə müstəsna mövqeyə malik Novruz ənənələri çoxəsrlik tarixi keçmişinə daim ehtiramla yanaşan xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindəndir. Həmin ənənələrin müqəddəs ərməğan kimi həmişə uca tutulması və layiqincə yaşadılaraq gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Bahar bayramı dövlət müstəqilliyimizin nailiyyəti olaraq rəsmi statuslu əsl ümumxalq bayramı səviyyəsində ölkəmizin bütün guşələrində qeyd edilir. Qloballaşma dalğasının geniş vüsət aldığı və dünyanı sürətli dəyişikliklərə məruz qoyduğu bir vaxtda o, tükənməz mənəvi gücü sayəsində dini-mənəvi dəyərlərimizə, tarixi-mədəni irsimizə bağlılığımızın təntənəsinə çevrilmişdir. Yaz bayramı yeniləşdirici ruhu və ilıq nəfəsiylə insanlar arasında səmimi münasibətlərə yol açır, dostluq, mərhəmət və bərabərlik duyğularını gücləndirir, cəmiyyətin inkişafının ahəngdarlığını təmin edir. Onda gələcəyə inam aşılamaq və könüllərdə ülvi duyğular oyandırıb xeyirxahlığa sövq etmək qüdrəti vardır. Ən yüksək dəyərləri özündə topladığı üçün də belə bir mənəviyyat xəzinəsi bəşəriyyətin mədəni irs nümunələri siyahısında yer almışdır.
Mən torpaqlarımızın müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə bayram təbriklərimi yetirirəm. Vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman övladların unudulmaz xatirəsini bir daha ehtiramla yad edərək onlara Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm.
Dünya azərbaycanlılarının həmrəyliyinin rəmzi Novruz bayramını xaricdə yaşayan soydaşlarımızın milli məfkurə işığında bizimlə birgə qeyd etmələri onlarda yurdumuza bağlılıq hisslərini gücləndirir.
Arzu edirəm ki, öz gəlişiylə bu gözəl bayram hər evə, hər ocağa bol ruzi-bərəkət gətirsin və hamınıza yeni sevinclər bəxş eləsin.
Xalqımızın əziz Novruz bayramı mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2017-ci il.
Müştərilərin xəbərləri
Şarj stansiyası axtarmağa ehtiyac yoxdur — benzin doldurursunuz, sistem bu enerjini elektrikə çevirərək avtomobili hərəkət etdirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
3 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
7 d. əvvəl
"Yüksək gərginlikli elektrik enerjisinin verilməsi dayanıb, qatarların hərəkəti mümkün olmayıb"
-
26 d. əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Palma yağı ilə soya yağı arasındakı qiymət fərqi 2,5 ilin ən yüksək səviyyəsində
- 1 saat əvvəl
-
2 saat əvvəl
Birbank və Visa ilə “FIFA Dünya Çempionatı 2026”nın final oyununda iştirak şansı qazanın
-
2 saat əvvəl
Kreml: Rusiya “Drujba” neft kəməri ilə tranziti bərpa etməyə hazırdır
-
3 saat əvvəl
AB: Ukraynaya 90 milyard avro kredit verilməsi ilə bağlı sabah müsbət qərar gözlənilir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycana körfəz ölkələrindən gələnlərin sayı 70 min nəfərə yaxın azalıb - İRAN MÜHARİBƏSİ TURİST AXININA MƏNFİ TƏSİR EDİB
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Ən çox oxunanlar
Birbank və Visa ilə “FIFA Dünya Çempionatı 2026”nın final oyununda iştirak şansı qazanın
AB: Ukraynaya 90 milyard avro kredit verilməsi ilə bağlı sabah müsbət qərar gözlənilir
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
Aprelin 22-də gözlənilən hava şəraiti






.jpg)
.jpg)






.jpg)








