Fransadan Facebook-un kriptovalyutası Libra-ya veto
Fransanın İqtisadiyyat naziri Bruno Le Maire, Facebook-un kriptovalyuta vahidi Libra-nın hökumətlərin valyuta suverenliyini təhlükəyə atacağını bildirərək, Libra-nın istifadəsinin Avropada qarşısının alınacağını qeyd edib.
"Marja" BBC-yə istinadən xəbər verir ki, Fransanın İqtisadiyyat naziri Bruno Le Maire, Parisdə keçirilən İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) konfransında çıxışında, Facebook-un kriptovalyuta vahidi Libra-nın ölkələrin valyuta suverenliyini riskə atacağını, bu şərtlər altında Libra-nın Avropa torpaqlarında istifadəsinə imkan verməyəcəklərini bildirib.
"Maliyyə axsamalarına səbəb ola bilər"
Le Maire, Libra-nın milyardlarla istifadəçiyə malik olması vəziyyətində sistematik risklər yarada biləcəyini, pul vahidinin fəaliyyətində və ehtiyatların tərkibində meydana gələ biləcək problemlərin əhəmiyyətli maliyyə axsamalarına səbəb ola biləcəyini ifadə edib.
Libra haqqındakı bütün qayğıların ciddi səviyyədə olduğunu və bu səbəbdən Libra-nın Avropada yayılmasına yol verməyəcəklərini qeyd edən Le Maire, pulun özəlləşdirilməsinin pis məqsədlər üçün istifadə ediləcəyini, bu vəziyyətin istehlakçılar və şirkətlər üçün də risk təşkil etdiyini bildirib.
Digər tərəfdən, Fransa Milli Məclisi, iyul ayında, Google, Apple, Facebook, Amazon kimi internet nəhənglərinin ölkədə əldə etdiyi gəlirdən vergi ödəmələrini nəzərdə tutan qanun layihəsini qəbul etmişdi.
Facebook, rəqəmsal pul vahidi Libra-nı 2020-ci ildə istifadəyə verməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 31 d. əvvəl
-
-
47 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)








.jpg)







