İlk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb
Samux rayonunda Kənd Təsərrüfatı Nazirliyinin aqrar biznes sahəsində dəyər zəncirlərinin inkişafı məqsədi ilə dəstəklədiyi ilk dəyər zənciri layihələrinin açılış mərasimi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, mərasimdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, Samux rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev, nazirliyin müvafiq strukturlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə rayonun Çobanabdallı kəndində Tərəvəz Toxumu Emalı Müəssisəsinin fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, Samuxda fəaliyyətə başlayan ilk aqrobiznes dəyər zənciri layihələrinin hər birində 20-dək fermerlə emalçının tərəfdaşlığı nəzərdə tutulub. Bu layihələr təkcə rayon fermerləri və onların məhsullarının istehlakçıları üçün deyil, ölkə üçün böyük əhəmiyyət daşıyır.
“Tarladan süfrəyə” prinsipi ilə qurulmuş, istehsalçı-emalçı-satıcı-istehlakçı əlaqələrinin fasiləsiz təmini məqsədi daşıyan dəyər zənciri layihələri nazirliyin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində maliyyələşdirilir.
Aqrar Kredit və İnkişaf Agentiyinin sədri Mirzə Əliyev bildirib ki, dəyər zənciri layihələri Azərbaycan dövlətinin aqrar biznesə investisiyasıdır. Layihənin dəyərinin tam yarısını dövlət maliyyələşdirib və bu vəsait dəyər zəncirinin zəif halqalarının qurulmasına və möhkəmləndirilməsinə yönəldilib. Layihə çərçivəsində fermerlərin kənd təsərrüfatı məhsullarının istehsalı üçün müasir və innovativ avadanlıqlar almasına, sahələrinin lazım olan su və aqrotexniki qulluq vasitələri ilə təmin olunmasına, emal etdikləri məhsulu qablaşdıraraq bazara çıxarmasına dəstək verilir.
“Samux rayonunda tərəvəz toxumçuluğunun inkişafı” layihəsi rayonun bir neçə kəndinin əhalisinin əsas məşğuliyyəti olan toxumçuluğun müasir tələblərə və standartlara uyğun təşkilini, ölkə fermerlərini yüksək keyfiyyətli yerli tərəvəz toxumları ilə təmin etməyi, “Made in Azerbaijan” nişanı ilə tərəvəz toxumlarının ixrac edilməsini nəzərdə tutrb. Çobanabdallı kəndində ən müasir avadanlıqlar əsasında qurulmuş tərəvəz toxumları emalı və qablaşdırılması müəssisəsi il ərzində 300 ton toxum emalını planlaşdırır.
Layihəyə cəlb olunan toxumçularla görüşən Kənd Təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, məhsuldarlığı artırmaq üçün fermerləri keyfiyyətli toxum ilə təmin etmək ən vacib şərtlərdəndir. Bununla yanaşı, fermerlər də arqotexniki qaydalara düzgün riayət etməlidir: “Kənd Təsərrüfatının bütün sahələrində olduğu kimi toxumçuluğun inkişafına mühüm diqqət yetirilir. Fermerlərin keyfiyyətli toxumlarla təminatı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bildiyiniz kimi, Cənab Prezident İlham Əliyev tərəfindən yeni subsidiya qaydaları təsdiqlənib. Yeni subsidiya qaydalarında həm tərəvəz, həm də toxumçuluq sahəsi üzrə subsidiyalar nəzərdə tutulub”.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi 22 aqrobiznes dəyər zənciri yaratmağı nəzərdə tutur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























