12 BOKT-un ötən il vergiyədərki mənfəəti olmayıb
2017-2018-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 36 BOKT-dan 12-nin ötən il vergiyəqədərki mənfəəti olmayıb.
Bunlar "Omni Finance", "International", "Kredex", "Falcon Finance", "Regional", "Finance Invest", Caspian Invest", "FİNKA Azərbaycan", "TCF", "PSG Finans", "Viza Kredit", "Para"dır.
Vergiyəqədərki zərərin ən yüksək həddi "Para"da (1 milyon 439 min manat), ən aşağı həddi isə "Omni Finance"da (19 min manat) qeydə alınıb.
Qalan 24 BOKT-un isə vergiyəqədərki mənfəəti olub. Bu baxımdan ən yüksək göstərici "Embafinans"da (2 milyon 303 min manat), ən aşağı göstərici isə "Pro Kredit"də (0,001 milyon manat) qeydə alınıb.
6 BOKT - "Asel Kredit", "City Finance", "Ecofinance", "Fintrend", "Gold Finance" və "Union Kredit" hesabat verməyib, 3 BOKT - "Aset Maliyyə Texnologiyaları", "Birkart" və "MJ Financial Services" isə mikromaliyyə bazarına 2019-cu ildə daxil olub.
36 BOKT-dan 7-si ötən il vergiyəqədərki mənfəətini artırıb. Bunlar "Kredit Servis", "Finoko", "Finex Kredit", "Embafinans", "Premier Kredit", "Molbulak" və "Merkuri"dir. Ən yüksək dinamika "Kredit Servis"də (18,2 dəfə), ən aşağı dinamika isə "Merkuri"də (79,5%) qeydə alınıb.
6 BOKT-un isə vergiyəqədərki mənfəəti azalıb. Bunlar "Aqrarkredit", "İdeal Kredit", "Azərbaycan Mikro-Kredit", "Azmikroinvest", "TBC Kredit" və "Kredaqro"dur. Ən çox azalma "Kredaqro"da (74,5%), ən az azalma isə "Aqrarkredit"də (1,6%) qeydə alınıb.
4 BOKT-un isə vergiyəqədərki zərəri artıb. Bunlar "Falcon Finance", "Finans İnvest", "Viza Kredit" və "PSG Finans"dır. Ən yüksək dinamika "Falcon Finance"da (44%), ən aşağı dinamika isə "PSG Finans"da (16,2%) qeydə alınıb.
1 BOKT-un "Omni Finance"ın vergiyəqədərki zərəri dəyişməyib.
4 BOKT-un isə vergiyəqədərki zərəri azalıb. Bunlar "Caspian Invest", "Kredex", "TCF" və "Para"dır. Ən çox azalma "Para"da (82,7%), ən azalma isə "Caspian Invest"də (11,2%) qeydə alınıb.
11 BOKT - "Avrasiya-Kredit", "Azinvestkredit", "Brand Credit", "Effektinvest", "İcraçı Kredit Agentliyi", "İDK", "İnkişaf üçün maliyyə", "Kəpəz", "Qafqaz-Kredit", "Pro Kredit", "Viator Mikrokredit Azərbaycan" vergiqədərki zərərdən vergiyəqədərki mənfəətə, 3 BOKT - "FİNKA-Azərbaycan", "International" və "Regional" isə vergiqədərki mənfəətdən vergiyəqədərki zərərə keçib. Odur ki, onların vergiyəqədərki mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Renkinq"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
8 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























