Azərbaycanda 3-cü ən böyük layihə olacaq, 15 min nəfər işçi cəlb ediləcək
SOCAR Qaradağ rayonu ərazisində Qaz emalı zavodu və Neft-kimya kompleksinin inşa edilməsini planlaşdırır.
“Marja”nın məlumatına görə, SOCAR-ın “Davamlı inkişaf haqqında hesabat”ında bildirilir ki, 15 May 2017-ci il tarixində “Bir kəmər, bir yol” beynəlxalq forumu zamanı Pekin şəhərində SOCAR ilə Çin Milli Neft və Qaz Korporasiyası (CNPC) arasında “SOCAR GPC” layihəsi çərçivəsində Bakının Qaradağ rayonunda inşa ediləcək Qaz emalı zavodu və Neft-kimya kompleksinin ilkin işçi layihəsinin işlənib hazırlanması haqqında müqavilə imzalanmışdır. Müqavilə HQC (CNPC-nin törəmə şirkəti) və “Technip Italy” şirkətləri tərəfindən göstəriləcək xidmətlərin idarə olunmasını nəzərdə tutur.
Hesabatda qeyd edilib ki, layihənin əsas məqsədi təbii qazın tərkibində qazkimya istehsalı üçün yararlı olan qazın ağır fraksiyalarının (C2+) emalı və yüksək əlavə dəyər yaradan qaz-kimya məhsullarının istehsalından ibarətdir. İstehsal olunacaq məhsulların təqribən 5%-ə qədərinin yerli bazarda satışı, qalan miqdarların isə ixracı (əsasən Türkiyə, Avropa və s.) nəzərdə tutulur.
Layihə üzrə tikinti işlərinin həyata keçirilməsinə təxminən 12 000-15 000 nəfər işçi qüvvəsi cəlb ediləcəkdir. Zavodların 2023-cü ildə istismara veriləcəyi və təxminən 2000 nəfərin daimi iş yerləri ilə təmin edilməsi planlaşdırılır.
2017-ci il ərzində mühəndislik, satınalma və tikinti (EPC) müqaviləsinin tərtib olunmasına və müqavilə danışıqlarına təcrübəli beynəlxalq və yerli şirkətlər cəlb olunmuşdur. 2018-ci ilin sentyabr ayından EPC tender prosesinə başlanılmış və tenderə dəvət məktubları 11 EPCnin podratçı şirkətinə göndərilmişdir. Hazırda tender iştirakçıları tərəfindən EPC konsorsiumları formalaşdırılır.
Layihənin ümumi investisiya dəyəri təqribən 4.2 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Bu layihə miqyasına görə ölkə tarixində həyata keçirilən üçüncü ən böyük layihə olacaqdır. Layihə üzrə xərclərinin təqribən 30%-nin səhm kapitalı, 70 %-nin isə borc vəsaiti hesabına təmin olunması planlaşdırılır.
Hesabatda qeyd edilib ki, layihənin maliyyələşdirilməsinin uğurla və vaxtında həyata keçirilməsi üçün artıq müəyyən işlərə başlanılmışdır. Maliyyə modeli artıq hazırlanmış və layihənin maliyyələşdirilməsi üçün İtaliya (SACE), Cənubi Koreya (KSURE, Kexim) və Yaponiya (NEXİ, JBIC) maliyyə institutları ilə ilkin danışıqlar aparılmış və maliyyə institutları layihə maliyyələşdirilməsində maraqlı olduqlarını müvafiq niyyət məktubları ilə bildirmişdirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















