"Deputatın vəsiqəsini girov qoymaqla borc götürməsi məsələsinə komissiyada baxıla bilər"
Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Əbiyev həmkarı Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoymaqla borc götürməsi məsələsinin rəhbərlik etdiyi komissiyada baxıla biləcəyini bildirib.
A. Əbiyev bildirib ki, parlamentin payız sessiyası sentyabrın 30-da başlayacaq: “Bundan sonra komissiyanın üzvləri yığışacaq. Məsələyə əgər bizim komissiyada baxılacaqsa, qərar qəbul olunacaq. Sözsüz ki, deputatın etdiyi çox yaxşı iş deyil. Belə etmək olmaz”.
Xatırladaq ki, Milli Məclisin İntizam Komissiyasının üzvü, deputat Fazil Mustafa isə bir neçə gün əvvəl məsələ ilə bağlı saytımıza açıqlamasında deputata töhmət verilə biləcəyini bildirmişdi: "Deputat vəsiqəsi girov sayılmır ki?! Deputat vəqisəsi birinci növbədə, statusu təsdiq edən sənəddir. Bu sənəd də toxunulmazdır, başqasına verilə bilməz. Əgər belə hal varsa, deputata töhmət verilə bilər. Bunu isə ictimai rəy həll edəcək".
Qeyd edək ki, Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq 2015-ci ildə 300 min ABŞ dolları məbləğində borc alıb. Borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım























