"Azercell" növbəti dəfə “İlin Telekommunikasiya Şirkəti” seçilib
® Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell Telekom biznes aləmində nüfuzlu sayılan Beynəlxalq “Stevie” mükafatına layiq görülüb.
2018-ci ilin nəticələri və nailiyyətləri üzrə münsiflər heyətinin apardığı dəyərləndirmə nəticəsində Azercell növbəti dəfə “İlin Telekommunikasiya Şirkəti” nominasiyasında Bürünc “Stevie” mükafatı qazanıb. Şirkətin respublika boyu şəbəkənin gücləndirilməsi və genişləndirilməsi istiqamətində uğurla tamamladığı böyükmiqyaslı layihələri, ölkənin telekommunikasiya sahəsinin inkişafına verdiyi töhfəsi, sərgilədiyi nümunəvi müştəri xidmətləri, innovativ həllər və məhsullar bazası, eləcə də həyata keçirdiyi sosial təşəbbüsləri bu mükafatı qazanmasına vəsilə olub.
Xatırladaq ki, uğurlu fəaliyyətinin nəticəsi olaraq Azercell 2018-ci ili 49 % bazar payı ilə lider mövqedə başa vurub. Şirkət bu müddət ərzində daha 30 bölgədə 800-dən artıq 4G stansiyası qurub. Beləliklə də, Azercell-in 4G istifadəçilərinin sayı 1 milyonu keçib, internet istifadəsi isə 2017-ci il ilə müqayisədə 13 petabayta çatıb. Təkcə 2018-ci ildə Azercell-in ölkənin telekommunikasiya sahəsinin inkişafına yatırdığı sərmayənin dəyəri 59,5 milyon ABŞ dolları təşkil edib.
Məlumat üçün bildirək ki, 2002-ci ildə təsis olunmuş “Stevie” mükafatının dəyərləndirmə prosesinə iş adamlarının, biznes sahəsində aparıcı mövqedə çalışan şəxslərin və təlimçilərin də yer aldığı 1000-ə yaxın mütəxəssis cəlb olunur. “Stevie” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsidir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















