Dərbənd toyu Ginnesin Rekordlar Kitabına düşüb
Rusiya Federasiyasının Dərbənd şəhərindəki Narın-Qala stadionunda Şəhər Günü münasibətilə keçirilən toy mərasimi Ginnesin Rekordlar Kitabına düşüb. TASS agentliyi xəbər verir ki, bu toy bəy və gəlinlərin ən çoxmillətli və bol qonaqlı olması ilə seçilib.
Dərbənd Administrasiyası VVAQ-ın rəisi Tatyana Marçenko bildirib ki, 16 milliyyətin nümayəndəsi olan 24 cütlük və 10 mindən çox qonağın iştirak etdiyi toy mərasimini “Rusiya Rekordlar Kitabının” baş redaktoru və Ginnesin Rekordlar Kitabı üzrə müraciətlərin təmsilçisi Aleksey Svistunov qeydə alıb. O, müvafiq sertifikatı şəhər meri Xızrı Abakarova təqdim edib.
Dağıstan Respublikası hökuməti sədrinin müavini Anatoli Qəribov və Dərbənd rayonu başçısının vəzifəsini icra edən Fuad Şıxıyev də yeni ailə quranları təbrik ediblər.
Toy mərasimində Dərbəndin “Günəş” rəqs ansamblının, habelə Dağıstanın “Lezqinka” qrupunun iştirakı ilə konsert olub. Qonaqların arasında isə Mahaçqala ilə yanaşı, Rusiyanın müxtəlif regionundan gəlmiş insanlar olublar.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Azərtac"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım






















