Volkswagen Türkiyədə şirkət qurdu
Uzun müddətdir Türkiyədə zavod tikəcəyi gündəmdə olan Volkswagen Manisada şirkət qeydiyyatdan keçirib.
Almaniyanın Volkswagen şirkətinin Türkiyənin Manisa şəhərində 943,5 milyon lirə nizamnamə kapitalı ilə şirkət qurduğu bildirilir.
"Marja" "Bloomberg News"a istinadən xəbər verir ki, şirkətin adı "Volkswagen Turkey Otomotiv Sanayi ve Ticaret AŞ"dir.
Qeyd edək ki, yeni zavodu üçün yer axtarışında olan Volkswagen (VW) Türkiyə və Bolqarıstan arasında seçim edəcək. Qəti qərarın noyabr ayında keçiriləcək toplantıda veriləcəyi gözlənilir. Peşəkar işçilər və infrastrukturu baxımından Türkiyənin şansının yüksək olduğu qeyd edilir.
22 il sonra ilk dəfə bir avtomobil markasının Türkiyəyə girişinin sektora çox ciddi bir təkan verəcəyi, əsas sənaye və yan sənaye daxil 15 minə yaxın məşğulluq təmin edəcəyi bildirilir.
Xəbərin ardınca Volkswagen-in Türkiyə distributoru " Doğuş Otomotiv" şirkətinin səhmləri bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)





