"Azərbaycan və Gürcüstan arasında heç bir həll olunmayan məsələ yoxdur və ola bilməz"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib.
Baş Nazir Giorgi Qaxariyanı salamlayan Prezident İlham Əliyev deyib:
- Hörmətli cənab Baş Nazir. Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.
İlk növbədə, sizi Baş Nazir vəzifəsinə seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Siz dəfələrlə Azərbaycanda səfərdə olmusunuz. Mən sizinlə keçirdiyim görüşləri böyük məmnunluq hissi ilə xatırlayıram. Bu dəfə siz qardaş ölkənin Baş Naziri kimi Azərbaycana səfər edirsiniz və sizin Baş Nazir kimi ilk xarici səfərinizdir. Bu, bizi olduqca məmnun edir. Birinci səfəriniz Azərbaycana edilir və bu, bir daha onu göstərir ki, Azərbaycan Gürcüstan üçün çox önəmli və ən yaxın tərəfdaşlardan biridir. Bizim üçün də Gürcüstan ən yaxın tərəfdaşdır və ən yaxın ölkələrdən biridir. Bizi birləşdirən ortaq tarix, ortaq coğrafi məkan əlaqələrimizin inkişafı üçün gözəl təməldir. Müstəqillik dövründə əlaqələrimiz uğurla inkişaf edib və bu gün bir çox sahələri əhatə edir. Biz beynəlxalq təşkilatlarda bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik.
Şadam ki, iqtisadi sahədə gözəl nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında ilk yerlərdədir. Birgə həyata keçirdiyimiz neft-qaz və nəqliyyat layihələri ikitərəfli formatdan çıxıb və qlobal məna daşıyır. Əlbəttə ki, insanlar arasındakı əlaqələr xüsusi məna daşıyır. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bu əlaqələrin inkişafında çox önəmli amildir. Bir daha sizi salamlayıram və "Xoş gəlmisiniz!" deyirəm.
Gürcüstanın Baş Naziri Giorgi Qaxariya deyib:
- Təşəkkür edirəm, cənab Prezident, səmimi və xoş qəbulunuz üçün. Mənim üçün böyük şərəfdir ki, ilk xarici səfərimi məhz Azərbaycana edirəm. Bu, təsadüfi deyil ki, biz ilk səfəri Azərbaycan Respublikasına etdik. Biz bu qərarı ona görə qəbul etdik ki, düşmənə və dosta sübut edək, Azərbaycan və Gürcüstan arasında heç bir həll olunmayan məsələ yoxdur və ola bilməz.
Mən Sizinlə görüşləri xatırlayıram, biz bütün məsələlər ətrafında açıq söhbət edirdik. Bu, mənim üçün böyük təcrübə idi. Siz dediyiniz kimi, Azərbaycan və Gürcüstan ən yaxın dost və qardaş ölkələrdir. Həqiqətən bizim əməkdaşlığımız və tərəfdaşlığımız regional çərçivədən çıxdı və beynəlxalq müstəviyə yüksəldi, xüsusən iqtisadiyyat, nəqliyyat, ticarət məsələlərində. Gürcüstan və Azərbaycan bir-birini beynəlxalq formatda hər zaman dəstəkləyir. Bizim üçün çox vacib olan məsələdə - Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə təşəkkürümü bildirirəm.
Əlbəttə ki, insanlarımız arasında mehriban, dost münasibətlər də çox mühümdür və vacibdir. Bizim xalqlar arasındakı əlaqələr uzunəsrlidir və mədəni əlaqələrdir. Bizim xalqlarımız arasında münasibətlərin böyük tarixi var.
Əminəm ki, bugünkü səfərim, bugünkü görüşlərimiz son dərəcə səmərəli olacaq, dosta və düşmənə bir daha göstərəcək ki, Gürcüstan və Azərbaycan arasındakı əlaqələr hər zaman dost əlaqələridir. Onlar arasında həll olunmayan məsələlər yoxdur və onlar hər zaman bütün məsələlərdən çıxış yolu tapa bilərlər.
Səmimi qəbul üçün Sizə bir daha təşəkkür edirəm.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş Naziri Giorgi Qaxariya işçi nahar ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
3 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
3 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
3 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 4 saat əvvəl
-
4 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir























