"Türkiyəni sanksiyalarla çox kəskin vuraram, yaxından izləyirəm"
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə dair ziddiyyətli açıqlamalarına davam edir
ABŞ Prezidenti Donald Tramp, Türkiyənin həyata keçirdiyi "Barış Pınarı" əməliyyatına dair ziddiyyətli açıqlamalar verməyə davam edir.
"Marja" xəbər verir ki, Tramp "Twitter"dən açıqlamasında "Türkiyəni yaxından izləyirəm, qaydasına görə oynamasalar sanksiyalar ilə vuraram", -bildirib.
Trampın tweet-i bu şəkildədir:
"Türklər uzun zamandır kürdlərə hücum etməyi planlaşdırırdı. Uzun zamandan bəri vuruşurlar. Döyüş bölgəsinə yaxın əsgərimiz ya da ordumuz yoxdur. Mən sonu olmayan müharibələri axıra çatdırmağa çalışıram. İki tərəflə da danışıram. Bəziləri regiona on minlərlə əsgər göndərməyimizi və başdan yeni bir müharibə başlatmağımızı istəyir. Türkiyə NATO-nun üzvüdür. Digərləri isə bizə "qarışmayın kürdlər öz müharibəsini aparsınlar" deyir. Mən deyirəm ki, əgər qaydasına görə oynamasalar, Türkiyəni maliyyə olaraq və sanksiyalarla çox kəskin vuraram. Yaxından izləyirəm".
Mütəxəssislər, Donlad Trampın Türkiyə düşmənlərinin ona olan təzyiqləri azaltmaq üçün Türkiyə barədə bu şəkildə açıqlamalar verdiyini bildirirlər. Trampa əən çox təzyiqin İsraildən olduğu bildirilir.
Turkey has been planning to attack the Kurds for a long time. They have been fighting forever. We have no soldiers or Military anywhere near the attack area. I am trying to end the ENDLESS WARS. Talking to both sides. Some want us to send tens of thousands of soldiers to....
— Donald J. Trump (@realDonaldTrump) October 10, 2019
XXX
ABŞ Prezidenti Donald Tramp, Türkiyəyə dair yeni açıqlama verib
"Marja" xəbər verir ki, Donald Tramp "Twitter" hesabından verdiyi açıqlamada, "Üç variantdan birinə sahibik: Minlərlə əsgər göndərib qələbə qazanmaq, Türkiyəni maliyyə olaraq və sanksiyalarla ağır şəkildə vurmaq, ya da Türkiyə və Kürdlər arasında bir müqaviləyə vasitəçilik etmək" ifadəsini istifadə edib.
Türk Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı antiterror əməliyyatına başlayıb.
We defeated 100% of the ISIS Caliphate and no longer have any troops in the area under attack by Turkey, in Syria. We did our job perfectly! Now Turkey is attacking the Kurds, who have been fighting each other for 200 years....
— Donald J. Trump (@realDonaldTrump) October 10, 2019
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
1 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
1 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
5 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
7 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb



























