Çin şirkəti Azərbaycana gəmilər inşa etməyi təklif edib
Avstraliyanın “Incat Crowther”şirkətinin Texniki direktoru Andrew Tuite, Çinin “Afai Southern Shipyard (Panyu Guangzhou) Ltd.” şirkətinin nümayəndələri David Chen və Ye Qiang “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) qonaq olublar.
ASCO sədri Rauf Vəliyev qonaqlara şirkətin fəaliyyəti, iştirak etdiyi layihələr və gələcək planlar barədə məlumat verib. Bildirib ki, ASCO mütəmadi olaraq həm Nəqliyyat, həm də Neft Donanmasını yeniləyir. Bu zaman yerli gəmiqayırma sənayesinin imkanlarından istifadə ilə yanaşı, digər ölkələrlə də əməkdaşlıq edilir.
Sədr qeyd edib ki, Donanmaların yenilənməsi proqramı çərçivəsində növbəti illərdə alınması və istismara verilməsi planlaşdırılan gəmilərdə keyfiyyət standartlarının və müasir texnoloji nailiyyətlərin tətbiqinə xüsusi önəm verilir. Bu, rəqabətədavamlılıq baxımından olduqca vacibdir.
“Afai Southern Shipyard (Panyu Guangzhou) Ltd.”-nin Baş meneceri David Chen və “Incat Crowther”in Texniki direktoru Andrew Tuite isə birgə təqdimatlarında əməkdaşlığın səmərəliliyinə toxunublar. Onlar gələcəkdə ASCO-nun tələbələrinə uyğun gəmilərin inşasının mümkün olduğunu bildiriblər.
Təqdimatda qeyd olunub ki, “Incat Crowther” dünyanın ən məşhur gəmi dizayn şirkətidir. Bugünədək 430-dən çox əsasən alüminium gövdəli müxtəlif tipli üzən vasitənin layihələndirilməsini həyata keçirib. “Incat Crowther”in dizayn etdiyi gəmilər etibarlılığı, uzunömürlülüyü və təhlükəsizliyi ilə seçilir.
“Afai Southern Shipyard (Panyu Guangzhou) Ltd.” isə 1992-ci ildən fəaliyyət göstərir. Şirkət gəmilərin inşası və təmiri ilə məşğul olur. Çində alüminium gəmilərin ən böyük ixracatçısı sayılır.
Bu iki şirkət arasında əməkdaşlıq 2009-cu ildən başlayıb. Birgə əməkdaşlıq nəticəsində indiyədək 6 layihə çərçivəsində 10 gəmi hazırlanıb.
Rauf Vəliyev ASCO olaraq həm “Afai Southern Shipyard (Panyu Guangzhou) Ltd.”, həm də “Incat Crowther” ilə işbirliyinin faydalı olacağından əminliyini ifadə edib.
Qeyd edək ki, görüşdə ASCO-nun alyans tərəfdaşı “Caspian Marine Servises”in (CMS) nümayəndələri də iştirak edib. Görüş zamanı CMS-in öz donanmasını zənginləşdirmək məqsədilə sözügedən şirkətlərlə əməkdaşlıq məsələləri də müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq






















