Əsl şokolad necə olur və onu saxtasından necə fərqləndirmək olar?
® Şokolad dadı damaqda qalan, hissləri hərəkətə gətirən, xoşbəxlik hormonunu yüksəldən qarşısı alınmaz ləzzətdir. Bu ləzzətin dadını necə alacağınızı bilirsinizmi?
Əvvəlcə özünüzü sərbəst buraxın; bu ilk qaydamızdır. Ağzınızda başqa dadın olmaması vacibdir. Şokoladın dadını almaq üçün onu üç mərhələli olaraq yemək lazımdır. İlkin olaraq şokolada baxın. Görünüşü parlaq və mükəmməl olmalı, üzərində ləkə və cızıq olmamalıdır. Dizayn və üzərindəki cizgilər xüsusi olarsa, o şokolada baxmaq belə sizin əhvalınızı yüksəldəcək.
Dad almaq xüsusiyyətinin 80%-i qoxudan başlayır. Şokoladınızı dadmaq üçün əvvəlcə onu qoxlayın. Qablaşdırmasını açdığınız andan etibarən ətri sizi bihuş etməlidir. Əlinizdəki keyfiyyətli şokoladdırsa, içindəki aromatların qoxusunu hiss edəcəksiniz.
İndi isə dadına baxın. İlk olaraq şokoladı dinləyin. Bəli, səhv oxumadınız. Dinləyin ki, səsi sizə sərtliyi haqqında az da olsa məlumat versin. Gözünüzü yumun və şokolad dünyasına səyahət edin. Əsl şokoladın dadı nə az, nə çox 45 dəqiqə damaqda qala bilir.
Keyfiyyətli şokoladı təyin edə bilməyin asan yollarından biri də şokoladı qırdığınız zaman ətrafa qırıntılar tökülmədən qırılmasıdır.
Daha bir kiçik sirri də bölüşək mi? Əlinizlə burnunuzu tutub, şokoladı yeyin və dilinizdə hiss etdiyiniz dadları seçməyə çalışın. Şokolad əridikdən sonra, əlinizi burnunuzdan çəkin. Ağzınızla dərin nəfəs alaraq, burnunuzdan verin. Beləcə burnunuz şokoladın qoxusunu və fərqli aromatları hiss edərək, daha əvvəl fərqində olmadığınız dadları almağınıza kömək edəcək.
Əlavə dadlandırıcılar olan şokoladların saxta olma ehtimalı daha çoxdur. Səbəbi, istehsalda istifadə olunan əlavə dadlandırıcılar və qoxulardır. Şokoladın öz qoxusu olmalıdır. Əgər burnunuzda xoş kakao qoxusu əvəzinə başqa qoxu hiss etsəniz, məhsulunuzun saxta olma ehtimalı yüksəkdir.
Biz "Ulduz" şokolad fabrikinin istehsalı olan "Coco Ulduz" məhsulunun dadına baxmağı qərara aldıq. Kağızını açdığımız zaman qoxusu və görüntüsü keyfiyyəti haqqında "danışmağa" başlamışdı. Zərif kokos qırıntıları və şokoladın vəhdətindən yaranan bu dad bizi bir neçə saniyəlik də olsa, başqa aləmə apardı. Məhsulun ləzzət sirrinin Belçikadan gətirilən şokolad olduğunu bildirdilər. Dadım zamanı "Ulduz" şokolad fabrikinin Keyfiyyətə Nəzarət departament müdiri Lalə Qasımova qeyd etdi ki, əsl şokolad ağızda yağ dadı buraxmamalıdır. Keyfiyyətli şokolad kakao yağı ilə hazırlanır. Kakao yağı bədən temperaturunda əriyən yeganə yağdır. Bu o deməkdir ki, xalis şokoladı əlinizə aldığınız zaman əlinizdə əriməyə başlamalıdır. Dadım zamanı yuxarıda qeyd etdiyimiz xüsusiyyətləri "Coco Ulduz"da gördükdən sonra, əsl şokolad yediyimizin fərqinə vardıq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
1 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
1 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
5 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
7 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb



























