SOCAR benzin istehsalının bərpa ediləcəyi tarixi açıqladı - "İNDİ RUSİYA VƏ TÜRKMƏNİSTANDAN ALIRIQ"
Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən planlaşdırılmış təmir işlərinin mərhələli şəkildə noyabr ayının 4-nə qədər tam yekunlaşması planlaşdırılıb.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
O vurğulayıb ki, təmir işləri NEZ-in illik təmir planı əsasında aparılır: “Planlı təmir işləri bütün neft emalı zavodlarında mütəmadi keçirilməlidir. Bu işlərin əsas məqsədi zavod qurğularını sazlamaq və onların davamlı fəaliyyətini təmin etməkdir. Zavodun bütün qurğuları noyabrın 4-ü tarixinə qədər mərhələli şəkildə normal işini bərpa edəcək. Təmir işlərinin uzanması gündəmdə deyil”.
İ.Əhmədov benzin idxalı ilə bağlı qeyd edib ki, “Ai-92” benzinin idxalı yalnız planlı təmir müddətində lazım olur və bazarda logistika və qiymət baxımından mövcud olan ən uyğun təkliflər arasında qərar verilir. Onun sözlərinə görə, bu il planlı təmir işləri 1 ay müddətində nəzərdə tutulub və həmin müddət üçün 120 min ton civarında “Ai-92” markalı benzinin idxalı planlaşdırılıb. İ.Əhmədov artıq təxminən 45 min ton benzinin Azərbaycana gətirildiyini bildirib: “İdxal edilən bu benzin bu il də əsasən Rusiya mənşəlidir. Bundan başqa, 4 min ton civarında olan kiçik bir hissə Türkmənistandan idxal olunmaqdadır”.
SOCAR rəsmisi, həmçinin qeyd edib ki, zavodda növbəti təmir işləri gələn ilə planlaşdırılıb və təmirin dəqiq vaxt ilə bağlı qərarın ilin sonuna kimi verilməsi gözlənilir.
Qeyd edək ki, oktyabr ayının 4-dən etibarən Heydər Əliyev adına Neft Emalı Zavodunda planlaşdırılmış illik təmir işləri həyata keçirilir və bununla əlaqədar neft məhsullarının istehsalı dayandırılıb.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 9 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























