“Liberal bazar modelinə keçidlə bağlı təklifləri Prezidentə təqdim etmişik” - NAZİR
“Elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflər də hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib”.
“Marja” xəbər verir ki, bunu rəsmi mətbuat üçün yazdığı məqaləsində Energetika naziri Pərviz Şahbazov bildirib.
Nazir bildirib:
“Dövlət başçısının islahatlarla bağlı digər mühüm bir tapşırığı da elektroenergetika sahəsində liberal bazar münasibətlərinin formalaşdırılması ilə bağlıdır. Nazirlik bazar münasibətlərinə keçidlə bağlı uzun müddətdir ki, ətraflı təhlillər aparır, xarici ölkələrin təcrübəsi öyrənilir, ekspertlərlə əməkdaşlıq edilir. Elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflər də hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib. Bir məqamı vurğulayaq ki, elektrik enerjisi bazarının liberallaşdırılması uzunmüddətli prosesdir, Avropa ölkələrində bu proses əsasən 8-10 il ərzində həyata keçirilib. Ölkəmizdə kifayət qədər ehtiyat istehsal güclərinin, tənzimləyici qurumun, siyasi iradənin olması və kadr potensialının mövcudluğu liberal bazar modelinə keçid üçün imkanlar yaradır”.
Nazir qeyd edib ki, Azərbaycanda islahatlar mərhələliliyi, ardıcıllığı, prosesin dövlət tərəfindən idarə olunması və islahat prosesinə bütün bazar subyektlərinin cəlbini nəzərdə tutur. Azərbaycanda elektrik enerjisi bazarının təşkili Avropa İttifaqının 3-cü Enerji Paketinin prinsip və mexanizmlərinə əsaslanır.
“Hesab edirik ki, bu tədbirlər elektrik enerjisinin istehsalı, təchizatı, ötürülməsi və paylanması sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə, dövlət subsidiyalarının aradan qaldırılmasına, elektrik enerjisinin istehsalına çəkilən xərclərin azaldılmasına və xidmətin keyfiyyətinin yüksəldilməsinə münbit şərait yarada bilər”.
Pərviz Şahbazov bildirib ki, bu prosesin həyata keçirilməsi üçün mühüm əhəmiyyət daşıyan “Elektroenergetika haqqında” və “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Azərbaycan Respublikası Qanunlarının layihələri mütərəqqi bazar prinsipləri və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb və razılaşdırma mərhələsindədir:
“Ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə təkliflər də artıq yekunlaşdırılıb və müvafiq qurumlara razılaşdırmaq üçün təqdim edilib”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























