"Şadlıq saraylarında “nərə” balığı adı ilə “naqqa” balığı təqdim edilir"

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Marja"ya verilən məlumata görə, həyata keçirilən monitorinqlər zamanı bir sıra ictimai iaşə müəssisələrində və şadlıq saraylarında əhaliyə “nərə” balığı adı altında keyfiyyəti və qiyməti aşağı olan, bəzi xüsusiyyətlərinə görə “nərə” balığına oxşayan “naqqa” balığının təqdim edildiyi aşkar olunub.
Məlumatda qeyd edilib ki, naqqa balığı emal olunduqdan, yəni baş və quyruq hissələri kəsildikdən və təmizləndikdən, həmçinin bişirildikdən sonra nərəkimilərə aid balıqlara xas görünüşü olduğu üçün onları nərə balığından fərqləndirmək bir qədər çətinləşir. Naqqa balığının bu xüsusiyyətindən istifadə edən işbazlar istehlakçıları aldatmağa cəhd göstərirlər.
Məlum olduğu kimi, bu balıq növlərini fərqləndirmək üçün aşağıdakılara diqqət edilməlidir. Belə ki, nərə balığının bədən uzunu boyunca 5 uzanan özünəməxsus tikanabənzər sümüklü pulcuqları vardir və onlar təmizlənsə belə dəridə kobud şəkildə izləri qalır. Lakin, naqqa balığının dərisi demək olarki təmizdir, hamar səthdə heç bir çıxıntı və ya pulcuğa rast gəlinmir.
Əgər balığın dərisi tamamilə təmizlənib, sadəcə əzələ hissəsi qalıbsa, nərə balığında əzələlərarası növbəli şəkildə sarı yağ kütləsi olduğu halda, naqqa balığında bu, ağ rəngdədir. Bu göstərici, əsasən, daha iri kütləli növlərə aiddir. Tam bişmiş və heç bir halda fərqləndirici xüsusiyyət müşahidə olunmadıqda isə təqdim olunan məhsulun dadı ilə də fərqləndirmək mümkündür. Çünki naqqa balığı nərə balığına nisbətən daha spesifik dada malikdir.
Nərə balığının morfoloji xüsusiyyətləri aşağıdakılardır:
Nərələr, adətən, uzunsov bədən formasına və nisbətən uzun buruna malikdir, həmçinin dişsiz və hərəkətli ağzı, başın altında yerləşən ətli dodaqları vardır. Nərəkimilər (Acipenseriformes) dəstəsinə aid olan bu qədim balıqlar qığırdaqlı skeletə, akulaya bənzər quyruq üzgəcinə, ən əsas bədən boyu paralel uzanan 5 özünəməxsus sümüklü pulcuqlara, çox yaxşı inkişaf etmiş ağız aparatına və onun yanlarında həssas bığcıqlara malik olması ilə digər balıqlardan fərqlənir. Araşdırmalara əsasən, nərə balıqlarının uzunluğu yetkin dişi və erkək fərd olmaqla növlər arasında dəyişərək 1–2 metrə qədər, çəkiləri isə 100–1500 kq-a qədər ola bilər.
Naqqa balığını isə aşağıdakı xüsusiyyətlərinə görə müəyyən etmək olar:
Naqqa balığı dünyanın ən böyük şirin su balıq növlərindən biridir, uzunluğu 300 sm (3 metr) və çəkisi 150 kq-a çatır (adətən, boyu 1.3-1.6 m və çəkisi 15-20 kq arasında dəyişir)
Bir çox digər naxakimilərin növləri kimi, naqqa balığı aşağıdakı kimi xarakterizə edilə bilər:
- Uzun, üzəri həlməşik maye (mukus) ilə örtülmüş, pulcuğu az olan bədən örtüyünə və yandan düz bir quyruğa malikdir;
- Üçbucaq formalı başı bədən uzunluğunun təxminən 20%-ni təşkil edir;
- Geniş aralı burun deşiklərinə malik, yumru və düz buruna sahibdir
- Çox kiçik uclu dişləri olan böyük ağzı və kiçik gözləri vardır
- Üst çənədəki ağızın hər tərəfində iki böyük bığa və alt çənədə dörd qısa bığa malikdir;
- Balığın ümumi uzunluğunun təxminən 60%-ni təşkil edən böyük bir üzgəci vardır;
- Quyruq üzgəci isə, ümumiyyətlə, kiçikdir və yumrudur;
- Bədənin üst tərəfi tünd yaşımtıl qara rəngə, ağımtıl və ya sarımtıl qarın hissəsi isə boz-ağ rəngə malikdir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, istehlakçıların malların keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüquqları vardır.
AQTA əhaliyə müraciət edərək bildirir ki, ictimai nəzarəti həyata keçirərək, ictimai iaşə müəssisələrində, həmçinin ailə şənlikləri ilə bağlı şadlıq saraylarında təqdim edilən balıq məhsullarının təhlükəsizliyini və mənşəyini təsdiq edən sənədləri tələb etsinlər.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını qətiyyətlə alacaqdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 8 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
8 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
