"AFB Bank"da çoxsaylı vakansiyalar
1. AFB Bank Korporativ kreditlər üzrə Baş mütəxəssis/Aparıcı mütəxəssis/Mütəxəssis vəzifələrinə vakansiya elan edir.
Vəzifə: Baş mütəxəssis/Aparıcı mütəxəssis/Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı, Gəncə, Qəbələ şəhərləri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
- Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
- Sahəyə aid olan qayda və normativləri bilmək;
- Gərgin iş qrafikində işləmək bacarığı;
- Maliyyə və kredit analizi bilikləri;
- Yaxşı ünsiyyət bacarığı;
- Müştəri bazasını idarəetmə bacarığı;
- Filiala cəlb edilən təcrübəçilərin hazırlanması, onların praktika müddətində nəzəri və praktiki biliklərinin artırılması;
- Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;
- Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
- Komandada işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
- Yeni müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq,
- Bankın kredit və qeyri-kredit məhsullarının satışının təşkili;
- Cari müştərilərə çarpaz satışların həyata keçirilməsinin təşkil edilməsi;
- Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində müraciət etdiyi vəzifəyə uyğun olaraq “Korporativ kreditlər üzrə Baş mütəxəssis/Aparıcı mütəxəssis/Mütəxəssis” qeydi edərək[email protected]elektron ünvanına göndərməyini xahiş edirik.
2.AFB Bank Mikro kreditlər üzrə Mütəxəssis/Kiçik mütəxəssis vəzifələrinə vakansiya elan edir.
Vəzifə:Mütəxəssis/Kiçik mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı və Qəbələ şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır.;
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Analitik düşünmə və yüksək maliyyə təhlili qabiliyyəti;
- Satış və təqdimat bacarığı;
- MS office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
- Potensial mikro biznes müştərilərin cəlb olunması, onların bizneslərinin maliyyə təhlilinin aparılması, kreditləşdirilməsi və kredit müddətində müştərilərin idarə edilməsi;
- Birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
- Mikro kredit məhsulları üzrə biznes təhlilini aparmaq;
- Kredit sənədlərinin hazırlanması;
- Kredit portfelinin nəzarəti və idarə olunması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində müraciət etdiyi vəzifəyə uyğun olaraq “Mikro kreditlər üzrə Mütəxəssis/Kiçik mütəxəssis” qeydi edərək[email protected]elektron ünvanına göndərməyini xahiş edirik.
3.AFB Bank İstehlak kreditləri üzrə kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Kiçik Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır.;
- Analitik düşüncə, Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- MS office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
İŞİN TƏSVİRİ:
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək;
- Ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;
- Verilmiş kreditlərin monitorinqinin aparılması;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İstehlak kreditləri üzrə kiçik mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
4. AFB Bank Korporativ Bankçılıq Strukturuna Məhsul və xidmətlərin satışı üzrə baş mütəxəssis/ aparıcı mütəxəssis/mütəxəssis vəzifələrinə vakansiya elan edir.
Vəzifə: Baş mütəxəssis/ Aparıcı mütəxəssi/ Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Ali təhsil;
- Bank sahəsində ən az 2-3 il iş təcrübəsi (Müştəri xidmətləri, korporativ satış, marketinq strukturlarında);
- Azərbaycan dilində sərbəst danışıq bacarığı (ingilis, rus dili biliyi arzu olunandır);
- Ünsiyyətqurma, problemləri həll etmə və komandada işləmək bacarığı;
- MS office proqramlarında işləmək bacarığı;
İŞİN TƏSVİRİ:
- Potensial müştərilərin müəyyənləşdirilməsi;
- Müəyyənləşdirilən müştərilərin banka qazandırılmasına yönəlmiş fəaliyyətlərin göstərilməsi;
- Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabatların hazırlanması;
- Korporativ müştərilərə məhsul və xidmətlərin satışında müştəri xidməti strukturlarına yaxından köməklik göstərilməsi;
- Mütəmadi olaraq korporativ müştərilərlə görüşlər və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsi;
- Müştəri ziyarətlərinin həyata keçirilməsi və lazım olduğu halda iri korporativ müştərilərlə bank rəhbərliyinin görüşünün təşkil olunması;
- Korporativ kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və kredit komissiyasına çıxarılmasını təmin etmək;
- Təsdiq edilmiş kreditlərin verilməsi üzrə zəruri sənədləşməni aparmaq, o cümlədən ipoteka, zəmanət və s. müqavilələri rəsmiləşdirmək;
- Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin görülməsi;
- Kredit portfelinin təhlilini aparmaq və rəhbərliyə müvafiq hesabatlar hazırlamaq;
- Çarpaz satış imkanlarının araşdırılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində müraciət etdiyi vəzifəyə uyğun olaraq “Məhsul və xidmətlərin satışı üzrə baş mütəxəssis/ aparıcı mütəxəssis/mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
5. AFB Bank Hüquq Strukturunun hüquqşünası vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Hüquqşünas
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali hüquqi təhsil;
- Mülki və bank qanunvericiliyi bilikləri;
- Bankda hüquq sahəsi üzrə ən az 1 il iş təcrübəsi;
- MS Office proqramlarından istifadə bacarığı;
- Mükəmməl Azərbaycan dili biliyi;
- Qərarvermə və komandada işləmək bacarığı;
İŞİN TƏSVİRİ:
- Bankın bağladığı mülki-hüquqi müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi, müqavilələrə viza verilməsi;
- Bankın bütün dövlət idarəetmə, notariat, məhkəmə və icra orqanlarında, habelə kommersiya qurumlarında təmsil edilməsi;
- Qanunverici aktlar üzrə şərh və izah verilməsi;
- Bankın idarəetmə orqanlarının iclaslarında katib funksiyasının icra edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hüquq strukturunun hüquqşünası” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 57 d. əvvəl
-
1 saat əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
-
2 saat əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
11 saat əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
11 saat əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
12 saat əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
- 12 saat əvvəl
-
17 saat əvvəl
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
- 17 saat əvvəl
-
17 saat əvvəl
İran müharibəsi kimyəvi pestisid və gübrə qiymətlərinə də təsir etməyə başlayıb
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
Azərbaycan neftinin son qiyməti
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb





















