Rusiyanın Azərbaycana satdığı vaqonlarda problemlər üzə çıxıb
"Bakı Metropoliteni" QSC yeni gətirilən vaqonlarda qapıların sıxılma zamanı açılmamasının tənzimlənməsi üçün Rusiyanın “Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan “Metrovaqonmaş” ASC-yə məktub göndərməyə hazırlaşır.
Bunu açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov deyib.
Ə.Osmanovun sözlərinə görə, tezliklə həmin problemlər aradan qaldırılacaq: “Bu məsələni biz mütəxəssislərlə müzakirə etmişik. Nəyinki bundan sonra ölkəyə gətiriləcək qatarlarda, həmçinin bu vaxta qədər gətirilən yeni vaqonlarda da proqram təminatını düzəltmək üçün zavoda məktub hazırlamışıq və göndərəcəyik".
QSC-nin baş mühəndisi hesab edir ki, başqa ölkələrdədə yeni nəsil vaqonlarının istifadəsi zamanı belə problemlər ortaya çıxa bilər: "Hər yerdə sərnişin qapını tutub saxlayır, proqram təminatı çaşır və qapıları bloka salır. Onların yenidən işə düşməsi üçün proqram təminatını yenidən yüklənməlidir. Biz artıq zavoda məktub hazırlamışıq və tələb edirik ki, proqram təminatı heç zaman qapıları bloka salmasın. Burada yalnız proqram təminatı qapıların bağlanması ilə bağlı komanda verməlidir. Digər məsələlər maşinist üçün saxlanır. O, qapıların bağlanması əmrindən imtina edə bilər, yaxud qapıları yenidən açıb-bağlaya bilər".
Ə.Osmanovun fikrincə, yaxın gələcəkdə bu problem olmayacaq: "Təzə qatarlarda istehsalçı ilə istismar edənin birgə səyi nəticəsində belə məsələlər tədricən aradan qaldırılır. Köhnə qatarlarda da belə məsələlər var idi. Birinin kronşteyni tez-tez sınırdı, digərinin zənciri yerindən çıxırdı. Bunları da biz tədricən sahmana saldıq. Təzə qatarlarda da bizim həyatımıza uyğun olmayan məsələlər var. Zavod onu ən yüksə səviyyədə düşünür”.
Xatırladaq ki, bu il ərzində Bakıya 30 vaqon gətirilib. Yeni vaqonlarda olan təhlükəsizlik qaydalarına görə, uzun müddət sıxılaraq açıq qalan qapılar bağlandıqdan sonra bloklanır. Bloklanmanı aradan qaldırmaq üçün isə sistem yenidən işə salınmalıdır. Bu zaman isə bir neçə saniyəlik metro vaqonlarında elektrik enerjisi təchizatı kəsilir.
"Bakı Metropoliteni" “Metrovaqonmaş” ASC ilə oktyabrda imzalanmış müqavilə əsasən, il ərzində Rusiya şirkəti Bakı metrosu üçün, ümumilikdə, 20 vaqondan ibarət 4 qatar tərkibi istehsal edəcək. Beləliklə, 3 il ərzində zavodda metropoliten üçün 60 müasir tipli vaqon və yaxud 12 qatar tərkibi hazırlanacaq. Bununla "Bakı Metropoliteni"ndə istismar müddətini başa vuran vaqonlar xətdən çıxarılaraq yeniləri ilə əvəzlənəcək.
Qeyd edək ki, “Metrovaqonmaş” vaqon təchizatı sahəsində Bakı metropoliteninin uzunmüddətli tərəfdaşıdır. Müəssisə 1967-ci ildən Bakı metropolitenini vaqonlarla təmin edir və hazırda vaqon parkı 305 vaqondan ibarətdir.
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
6 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























